“Azexport” portalı Asiya regionunda 15 ən yaxşı nümunədən biri seçilib
Asiya İnkişaf Bankı (ADB), Asiya İnkişaf Bankı İnstitutu (ADBI) və BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının (ESCAP) birgə əməkdaşlığı ilə Yaponiyanın paytaxtı Tokioda “Asiya Beyin Mərkəzləri Şəbəkə Forumu 2025” (Asian Think Tank Network Forum 2025) keçirilir. "Rəqəmsal və elektron ticarət vasitəsilə əlçatanlığın və inklüzivliyin təmin edilməsi" mövzusunda təşkil edilən Forumda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavini Ramil Hüseyn “Azexport” portalının fəaliyyəti barədə təqdimatla çıxış edib.
Ramil Hüseynin və portalın rəhbəri Ayxan Qədəşovun hazırladığı “Hökumət iqtisadi artımı sürətləndirmək üçün rəqəmsal və elektron ticarətdən necə istifadə edir: Azərbaycan nümunəsində” (How Government Leverages Digital Trade and E-Commerce to Boost Economic Growth: A Case Study from Azerbaijan) mövzusundakı təqdimat “Asiya Beyin Mərkəzləri Şəbəkə Forumu 2025” təşkilatçıları tərəfindən Asiya regionu üzrə 15 ən yaxşı nümunədən biri seçilib.
Qitənin ən böyük beyin mərkəzləri platformasında müxtəlif ölkələri təmsil edən tədqiqatçıların qarşısında çıxış edən Ramil Hüseyn bildirib ki, Azərbaycan Prezidentinin Sərəncamı ilə 2016-cı ildə yaradılan “Azexport” portalı indiyədək dünyanın 150-dən artıq ölkəsindən müxtəlif kateqoriyalar üzrə ixrac sifarişi qəbul edərək yerli sahibkarlara yönləndirib. O, portalın “Mtradeverse” şirkəti ilə birgə həyata keçirdiyi Rəqəmsal Sərgi Zalı layihəsi barədə də məlumat verib və bu layihənin Azərbaycan məhsullarının beynəlxalq bazarlarda təqdimatını asanlaşdırdığını vurğulayıb.
Sessiyanın sual-cavab mərhələsində “Azexport” modelinin digər ölkələrdə tətbiqi imkanları ilə bağlı təklif və təşəbbüslər irəli sürülüb.






Ekspert yazıları
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır
Təranə Salıfova
İİTKM-in icraçı direktorunun müşaviri
Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan innovasiya yolunda irəliləyir: yüksəlişin əsas istiqamətləri
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
İnvestisiya fəallığı və güclü maliyyə mövqeyi iqtisadi artım üçün yeni imkanlar yaradır