“Azexport” portalı ABŞ-nin Kaliforniya ştatından sifariş alıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Azexport” portalı 2026-cı il üçün ilk ixrac sifarişini Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatından qəbul edib. “Azexport” portalının rəhbəri Ayxan Qədəşov və Kaliforniyada yerləşən ticarət şəbəkəsinin rəhbəri Aleks Alşvenq arasında keçirilən onlayn təqdimat və müzakirələr nəticəsində bu barədə razılıq əldə edilib.
Ayxan Qədəşov bildirib ki, sifarişlər əsasən Azərbaycanda istehsal edilən emal olunmuş məhsulları, şirniyyat və qənnadı məmulatlarını, eləcə də bəzi milli kulinariya məhsullarını əhatə edir. Hazırda qəbul olunmuş sifarişlər üzrə beynəlxalq sertifikatlaşdırma, ABŞ tələblərinə uyğun etiketləmə, logistika və gömrük prosedurlarının təşkili istiqamətində zəruri işlər həyata keçirilir. Bu proseslərin məqsədi Azərbaycan məhsullarının Kaliforniya bazarına sistemli və davamlı çıxışını daha da möhkəmləndirməkdir.
Qeyd edək ki, “Azexport” portalı yerli istehsalçıların məhsullarının beynəlxalq alıcılara təqdim olunması, eləcə də onlayn platformalar vasitəsilə rəqəmsal reklam və marketinq kampaniyalarının həyata keçirilməsi üzrə fəaliyyət göstərir. Portalda qeydiyyat və təqdim olunan xidmətlər istehsalçılar üçün ödənişsizdir.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib