“Azexport.az” portalı vasitəsilə 763 ədəd sərbəst satış sertifikatı təqdim edilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu Azexport.az portalı vasitəsilə ixracatçılar üçün sərbəst satış sertifikatının elektron qaydada təqdim edilməsi xidməti həyata keçirilir.
Sərbəst Satış Sertifikatı qida, kosmetik məhsullar, tibbi ləvazimat və avadanlıqlar daxil olmaqla bəzi sektorlar üzrə məhsulun ixrac olunduğu ölkənin müvafiq standartlarına cavab verdiyini, həmçinin istehsalçının həmin məhsulun Azərbaycan Respublikasının daxili bazarında sərbəst satışını həyata keçirdiyini təsdiq edən rəsmi sənəddir.
Bu sertifikat Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2017-ci il tarixli Fərmanına uyğun olaraq “Azexport” portalı tərəfindən təqdim olunur. Sertifikat ixrac olunan malın Azərbaycan Respublikasında sərbəst dövriyyədə olduğunu, aidiyyəti dövlət orqanları və qurumları tərəfindən sertifikatlaşdırıldığını və qüvvədə olan standartlara cavab verdiyini təsdiqləyir.
Sərbəst satış sertifikatları əsasən Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qətər, İraq, Gürcüstan, Rusiya, Bolqarıstan, İndoneziya, Filippin, Vyetnam, İsrail, eləcə də Yaxın Şərq və Ərəb ölkələri, Avropa, Asiya, Afrika, Amerika və Cənub-Şərqi Asiya regionlarının bir sıra ölkələrinə ixrac zamanı istifadə olunub.
2018-ci ilin aprel ayından 2025-ci il 15 oktyabr tarixinədək cəmi 763 ədəd sərbəst satış sertifikatı Azexport.az portalı vasitəsilə elektron qaydada təqdim olunub. 2025-ci il ərzində 10 ədəd sertifikat verilib.
Sertifikatın dəyəri bir məhsul üzrə 20 AZN təşkil edir. Eyni məhsul üzrə hər əlavə ölkə üçün təqdim edilən sertifikatlara görə 5 AZN məbləğində ödəniş tutulur. Elektron müraciətlərə baxılması və sertifikatın verilməsi adətən 1–3 iş günü ərzində həyata keçirilir.
Bu elektron xidmət ixrac prosedurlarının sadələşdirilməsinə, sahibkarlar üçün inzibati yükün azaldılmasına və Azərbaycan məhsullarının beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsinə xidmət edir.
Xidmətdən istifadə ilə bağlı təlimatla təqdim olunan link vasitəsilə tanış ola bilərsiniz: https://ereforms.gov.az/files/ss_telimat.pdf









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib