Azexport.az portalı sahibkarlar üçün qlobal e-ticarətə dair dəyirmi masa təşkil edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Azexport” portalının təşkilatçılığı ilə yerli sahibkarların beynəlxalq elektron ticarət platformalarına çıxış imkanlarının genişləndirilməsinə həsr olunmuş “E-ticarət: Qlobal bazarlara çıxış” mövzusunda dəyirmi masa keçirilib.
Tədbiri giriş sözü ilə açan Azexport.az portalının rəhbəri Ayxan Qədəşov bildirib ki, ölkədə elektron ticarətə maraq davamlı olaraq artır və region üzrə statistik göstəricilər bu sahənin sürətli inkişaf etdiyini göstərir. Yerli məhsulların qlobal e-ticarət platformaları vasitəsilə beynəlxalq bazarlara çıxarılması müasir dövrdə sahibkarlar üçün mühüm imkanlar yaradır və ixrac potensialının artırılmasında əhəmiyyətli rol oynayır.
“Navishopper” şirkətinin baş icraçı direktoru Günel Ağazadə çıxış edərək “Amazon”, “eBay”, “Etsy” və “Alibaba.com” kimi qlobal platformalarda satışın təşkili, mağaza idarəçiliyi və effektiv satış strategiyaları ilə bağlı təcrübəsini iştirakçılarla bölüşüb.
Hibrid formatda təşkil olunan tədbirdə Braziliya və Avropadan onlayn qoşulan texniki mütəxəssislərin dəstəyi ilə qlobal e-ticarət bazarında məhsul analizləri aparılıb, praktiki nümunələr təqdim edilib. Qeyd olunub ki, Azərbaycan məhsullarının “Amazon” və digər beynəlxalq elektron ticarət platformalarında uğurlu satış təcrübələri mövcuddur və ölkədə bu nəticələrin müxtəlif məhsul kateqoriyaları üzrə genişləndirilməsi üçün potensial var.
“MeetUp Networking Club”un tərəfdaşlığı ilə keçirilən tədbirdə logistika, rəqəmsal marketinq və elektron ticarət sahələrində fəaliyyət göstərən yerli mütəxəssislər də çıxış edərək öz təcrübələrini bölüşüblər. 40-a yaxın sahibkarın iştirak etdiyi tədbirdə suallar cavablandırılıb, beynəlxalq onlayn ticarətdə uğurlu fəaliyyət göstərmək üçün praktiki tövsiyələr verilib.
İnteraktiv formatda davam edən tədbirin yekununda real biznes nümunələri əsasında fikir mübadiləsi aparılıb, iştirakçıların beynəlxalq onlayn satış prosesində qarşılaşdıqları çətinliklər və onların həlli yolları ətrafında geniş müzakirələr keçirilib.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib