Azərbaycanın monitorinq institutu Tacikistan Prezident Administrasiyası və BMT-nin nümayəndə heyətinə təqdim olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Tacikistan Respublikasının Prezident Administrasiyası və BMT-nin nümayəndə heyəti ilə görüş keçirilib. Görüşün əsas məqsədi iki ölkə arasında dövlət proqramlarının uğurlu icrası, islahatların sürətləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin gücləndirilməsi olub.
Tacikistan tərəfindən görüşdə Prezident Administrasiyası, İqtisadi İnkişaf və Ticarət Nazirliyi, Prezident yanında İnnovasiya və Rəqəmsal Texnologiyalar Agentliyi və Tacikistan Respublikasının Azad İqtisadi Zonalarının Çin Xalq Respublikasındakı nümayəndələri iştirak ediblər.
Görüş zamanı İİTKM-in icraçı direktorunun müavini Ayaz Museyibov Mərkəzin həyata keçirdiyi monitorinq və qiymətləndirmə prosesi barədə ətraflı məlumat verib. O həmçinin dövlət proqramlarının monitorinqi və qiymətləndirilməsi üçün yaradılan rəqəmsal platformalar, bu sistemlərə süni intellektin inteqrasiyası və böyük həcmli məlumatların (big data) effektiv emalı sahəsində əldə olunan nailiyyətlər barədə danışıb.
Tacikistan Respublikasının İqtisadi İnkişaf və Ticarət Nazirliyinin İnvestisiya Siyasəti və Regional İnkişaf Baş İdarəsinin rəisi Manuçehra Majonova Tacikistanda həyata keçirilən dövlət proqramları haqqında məlumat verib və Azərbaycanın proqram idarəetməsi sahəsindəki uğurlu təcrübəsini nəzərə alaraq, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
İİTKM-in Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri Elşən Yusifli dövlət proqramlarının icrasının monitorinqi üzrə tətbiq edilən rəqəmsal hesabatlılıq platformalarını təqdim edərək şəffaflıq və nəticəyönümlü idarəetmə sahəsində Azərbaycanın tətbiq etdiyi innovativ yanaşmalar barədə məlumat verib.
Müzakirələrdə Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri Gültac Əhmədzadə-Tapdıqzadə və şöbənin aparıcı məsləhətçisi Sevinc Cabbarova iştirak ediblər.
Görüşün sonunda tərəflər gələcək əməkdaşlıq üçün geniş perspektivlərin mövcud olduğunu vurğulayıblar.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib