Azərbaycan kibertəhlükəsizlik indeksinə görə MDB ölkələri arasında 3-cü yerdədir
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin
departament rəhbəri Məsumə Talıbovanın şərhi
Azərbaycan beynəlxalq səviyyədə ən öncül hesabatlardan hesab olunan Beynəlxalq Telekommunikasiya İttifaqının “Qlobal kibertəhlükəsizlik indeksi 2020” ( GCI) hesabatı üzrə cari il 15 pillə irəliləyərək 40-cı yerə yüksəlib. Ümumilikdə 89.31 xal ilə ölkəmiz MDB ölkələri arasında Rusiya və Qazaxıstandan sonra 3-cü yerdə qərarlaşıb. MDB ölkələrindən Gürcütsan və Ukraynanı, Avropa ölkələrindən İsveçrə, İrlandiya, İslandiya, Sloveniya, Çexiya kimi dövlətləri geridə qoyan Azərbaycan bu sahədə beynəlxalq əməkdaşlıqları və qlobal olaraq ən yaxşı nümunələrin tətbiqini həyata keçirməklə davamlı inkişaf nümayiş etdirməkdədir. Ölkəmizin rəqəmsal həllər sahəsində sıx əməkdaşlıq etdiyi Estoniyanın cari il indeks üzrə Avropa Ölkələri arasında 3-cü pillədə yer alması təsadüfi hal deyildir. Reytinqdə ilk yeri ABŞ, 2-ci yeri isə Böyük Britaniya və Səudiyyə Ərəbistanı tutub.
Dövlətlərin kibertəhlükəsizlik səviyyəsini 5 əsas istiqamət - hüquqi baza, texniki hazırlıq, təşkilati məsələlər, kadr potensialı, eyni zamanda, kommunikasiya və əməkdaşlıq istiqamətləri üzrə qiymətləndirən bu hesabat ölkələr arası kibertəhlükəsizlik səviyyəsini qiymətləndirərək hər bir ölkə üçün boşluqların və cağrışların müəyyənləşdirilməsi, inkişaf üçün prioritetlərin qoyulması, həmçinin, zəif və güclü tərəflərin təsbit olunması ilə ölkələr arası bilik mübadiləsinin aparılması üçün çox böyük əhəmiyyət daşıyır.









Ekspert yazıları
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025