Aqrar sahənin inkişafı üzrə regional müşavirə Qazax-Tovuz iqtisadi rayonunda olub
Aqrar sahənin 2026–2030-cu illər üzrə inkişaf prioritetlərinə dair regional müşavirələr davam edir. Növbəti müşavirə Qazax-Tovuz iqtisadi rayonunu əhatə edib. Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə keçirilən tədbirdə Prezident Administrasiyasının məsul şəxsləri, aidiyyəti dövlət qurumlarının rəhbərləri, yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, fermerlər, sahibkarlar və digər maraqlı tərəflər iştirak ediblər.
Qazax-Tovuz iqtisadi rayonu üzrə Şəmkir şəhərində keçirilən müşavirədə kənd təsərrüfatının prioritet istiqamətləri ilə bağlı geniş müzakirələr aparılıb. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov, kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Ağakərim Səmədzadə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müavini İlham Bayramov və digər səlahiyyətli nümayəndələr Dövlət Proqramında nəzərdə tutulan tədbirlər barədə məlumat veriblər. Müşavirədə Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonları üzrə üzümçülük, kartofçuluq, taxılçılıq və heyvandarlıq sahələrinin mövcud vəziyyəti, inkişaf perspektivləri və qarşıda duran vəzifələr müzakirə olunub.
Qazax-Tovuz iqtisadi rayonu üzrə keçirilən müşavirədə İİTKM-in icraçı direktorunun müşaviri Bağış Əhmədov iştirak edib.
Müşavirədə fermer və sahibkarların təklifləri dinlənilib, Dövlət Proqramının yerlərdə səmərəli icrası üçün aidiyyəti dövlət qurumları, yerli icra hakimiyyəti orqanları və özəl sektor arasında koordinasiyalı fəaliyyətin vacibliyi vurğulanıb.
Qeyd edək ki, aqrar sahənin 2026–2030-cu illər üzrə inkişaf prioritetlərinə dair regional müşavirələr bundan əvvəl Qarabağ və Şərqi Zəngəzur, Gəncə-Daşkəsən, Mərkəzi Aran, Dağlıq Şirvan, Abşeron-Xızı və Quba-Xaçmaz, Qarabağ, eləcə də Lənkəran-Astara iqtisadi rayonlarında təşkil olunub. Regional müşavirələr Dövlət Proqramının icrasının sürətləndirilməsinə, aqrar sahədə mövcud potensialın daha səmərəli istifadəsinə və regionlar üzrə prioritet istiqamətlərin müəyyənləşdirilməsinə xidmət edir. Bu istiqamətdə tədbirlərin ölkənin digər iqtisadi rayonlarında da davam etdirilməsi nəzərdə tutulur.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib