Aqrar sahənin 2026–2030-cu illər üzrə inkişaf prioritetləri üzrə müşavirələr davam edir

Aqrar sahənin 2026–2030-cu illər üzrə inkişaf prioritetləri üzrə müşavirələr davam edir

 “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində regionlarda aqrar sahənin inkişaf prioritetlərinə dair regional müşavirələr davam etdirilir.  Müşavirələr çərçivəsində Abşeron-Xızı və Quba-Xaçmaz, Qarabağ, eləcə də Lənkəran-Astara iqtisadi rayonları üzrə aqrar inkişaf istiqamətləri, mövcud vəziyyət və gələcək perspektivlər müzakirə olunub.

Abşeron-Xızı və Quba-Xaçmaz iqtisadi rayonları üzrə Quba şəhərində keçirilən müşavirədə tərəvəzçilik, meyvəçilik və heyvandarlığın inkişaf perspektivləri müzakirə edilib. Tədbirdə Sumqayıt, Abşeron, Xızı, Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayonları üzrə aqrar istehsalın mövcud vəziyyəti, məhsuldarlığın artırılması, su təminatı və ekoloji dayanıqlılıq məsələlərinə toxunulub. Müşavirədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev, ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov və kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli iştirak ediblər.

Qarabağ iqtisadi rayonu üzrə Ağcabədi şəhərində təşkil olunan müşavirədə taxılçılıq, pambıqçılıq, heyvandarlıq və quşçuluq sahələrinin inkişaf perspektivləri müzakirə olunub. Tədbirdə Ağcabədi, Ağdam, Bərdə, Füzuli və Tərtər rayonları üzrə aqrar potensial, istehsal imkanları və qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılıb. Müşavirədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev, ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müavini İlham Bayramov iştirak ediblər.

Lənkəran-Astara iqtisadi rayonu üzrə Lənkəran şəhərində keçirilən müşavirədə çayçılıq, sitrus meyvəçiliyi, tərəvəzçilik, çəltikçilik, heyvandarlıq, quşçuluq və balıqçılığın inkişafı istiqamətində prioritetlər nəzərdən keçirilib. Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonlarını əhatə edən müzakirələr zamanı aqrar istehsalın genişləndirilməsi, ixrac potensialının artırılması və su resurslarından səmərəli istifadə məsələləri diqqət mərkəzində olub. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov, kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Ağakərim Səmədzadə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Regional Su Meliorasiya Xidmətinin sədri Zakir Quliyev iştirak ediblər.

Tədbirlərdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri də iştirak ediblər. Abşeron-Xızı və Quba-Xaçmaz iqtisadi rayonları üzrə keçirilən müşavirədə İİTKM-in icraçı direktorunun müşaviri Bağış Əhmədov, Qarabağ iqtisadi rayonu üzrə müşavirədə Mərkəzin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Orxan Sadıqov, Lənkəran-Astara iqtisadi rayonu üzrə müşavirədə isə Səmərəliliyin qiymətləndirilməsi sektorunun müdiri Arzu Süleymanov iştirak edib.

Müşavirələrdə regionların aqrar inkişaf prioritetləri üzrə təkliflər dinlənilib, Dövlət Proqramının yerlərdə səmərəli icrası üçün aidiyyəti qurumlar, yerli icra hakimiyyəti orqanları, fermerlər və özəl sektor arasında koordinasiyalı fəaliyyətin əhəmiyyəti vurğulanıb. Regional müşavirələrin ölkənin digər iqtisadi rayonlarında da davam etdirilməsi nəzərdə tutulur.