“Startup School 4” çərçivəsində Mingəçevir Dövlət Universiteti ilə infosessiya təşkil olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalının “Startup School 4: Beş qitə – 500 startap” proqramı çərçivəsində növbəti görüş Mingəçevir Dövlət Universitetinin müəllim və tələbələri ilə onlayn formatda baş tutub. Görüşdə startapların formalaşdırılması və inkişafı istiqamətində metodologiyalar işlənilib, iştirakçıların sualları cavablandırılıb.
“Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov bildirib ki, “Startup School 4” layihəsinə dünyanın qabaqcıl innovasiya ekosistemlərindən vençur fondlar və peşəkar mentorlar cəlb olunub. Qlobal ekosistemdən əsas tərəfdaşlar “Synapses Ventures”, “TechDev Academy”, “One Bsc Gate” (ABŞ); “Silk Road High Tech Park Association” (Çin); “Khyber Pakhtunkhwa Board of Investment and Trade” (Pakistan); “The Caucasus-Asia Center” (Hindistan); ATUİAB (Özbəkistan); “DELPHI LTD” (Madaqaskar), "New Mansoura University" (Misir), "Leadership and Good Governance Institute”, "Ethiopian Public Service University" (Efiopiya) (Afrika); “MH INSPIRES PTY LTD” (Avstraliya); “LICORNE GULF investment” (Qətər); “Deep Tech Foundry”, “Bold Future Global” (Malta); “The Brutally Honest Ecosystem” (Finlandiya); “BeHumbo” (Estoniya); “BuzzFactory” (Rusiya), OSTİM Texniki Universiteti, Kapadokya Texnoparkı, Niğde Universiteti Texnoparkı, “Fauna Venture Studio” (Türkiyə) və digər qurumlardır.
Proqramın yerli tərəfdaşları isə Əqli Mülkiyyət Agentliyi, İqtisadi Zonaların İnkişafı Agentliyi, "Caucasus Ventures", "SABAH.HUB", “Innoland” İnkubasiya və Akselerasiya Mərkəzi, Aqrar İnnovasiya Mərkəzi, “Founder Club”, “Yeni Fikir”, “Coders Azerbaijan”, “BERC&Partners”, “Innovation Management and TRIZ Institute” MMC və media tərəfdaşları “Real TV”, "Report" müstəqil informasiya agentliyi, “Trend” İnformasiya Agentliyi, “Edumap” Təhsil Portalıdır.
Layihənin mühüm elementlərindən biri “TEI Forum 2026” (Trade, Export & Innovation Forum) ilə qurulan tərəfdaşlıqdır. “Startup School 4” layihəsinin yekun mərhələsi olan “Demo Day” tədbirinin 30-31 oktyabr 2026-cı il tarixlərində Bakı Konqres Mərkəzində keçiriləcək “TEI Forum 2026” çərçivəsində eyni məkan və tarixdə təşkil olunması nəzərdə tutulur. Bu o deməkdir ki, startaplar “Demo Day” tədbirində 500-dən çox sahibkar, investor və biznes nümayəndəsi ilə birbaşa əlaqə qurmaq, potensial tərəfdaşlıqlar yaratmaq və investisiya imkanlarını genişləndirmək üçün unikal imkanlara sahib olacaqlar.
“Startup School 4” proqramına qeydiyyat 15 may tarixinədək davam edir.
Qeydiyyat linki: https://startupschool.az/en/register






Ekspert yazıları
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır
Təranə Salıfova
İİTKM-in icraçı direktorunun müşaviri
Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan innovasiya yolunda irəliləyir: yüksəlişin əsas istiqamətləri
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
İnvestisiya fəallığı və güclü maliyyə mövqeyi iqtisadi artım üçün yeni imkanlar yaradır