İİTKM-də Rəqəmsal inkişaf üzrə Fəaliyyət Planının icrası ilə bağlı növbəti təlim keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nın icrasının monitorinqi və hesabatlılığının təşkili ilə bağlı yerli icra hakimiyyəti orqanlarının nümayəndələri üçün növbəti təlim keçirilib.
Təlimdə Gəncə, Naftalan və Yevlax şəhər icra hakimiyyəti, eləcə də Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tovuz və Ağdaş rayon icra hakimiyyətlərinin məsul əməkdaşları iştirak ediblər.
İİTKM-in icraçı direktorunun müavini Təranə Salıfova çıxışında bildirib ki, rəqəmsal həllərin tətbiqi hesabatlılıq prosesinin daha operativ və səmərəli təşkilinə imkan yaradır. T.Salıfova təlimlərin məqsədinin yerli icra hakimiyyəti orqanlarının Fəaliyyət Planı üzrə öhdəliklərinin icrasına dair hesabatların hazırlanması və "e-monitorinq" portalı vasitəsilə təqdim olunması mexanizmi barədə iştirakçıların praktiki biliklərini artırmaq olduğunu vurğulayıb.
İİTKM-in icraçı direktorunun müşaviri Bağış Əhmədov Fəaliyyət Planında yerli icra hakimiyyəti orqanları tərəfindən icrası nəzərdə tutulan tədbirlər, onların həyata keçirilməsi üçün Yol Xəritələrinin hazırlanması və indikativ planlaşdırmanın tətbiqi barədə təqdimatla çıxış edib. Təqdimat zamanı tədbirlərin icrasında koordinasiyanın və planlaşdırmanın əhəmiyyəti xüsusi vurğulanıb.
İİTKM-in şöbə müdiri İsmət Mehrəliyeva təlim iştirakçılarına e-monitorinq portalında hesabatların yaradılması, məlumatların daxil edilməsi, təsdiqlənməsi və təqdim olunması mərhələləri əyani şəkildə izah edilib, portalın tətbiqi zamanı diqqət yetirilməli məqamlar barədə ətraflı məlumat verilib.
Görüşün müzakirə hissəsində iştirakçıları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Yerli icra hakimiyyəti orqanlarının nümayəndələrinin sualları Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və İİTKM-in əməkdaşları tərəfindən cavablandırılıb, hesabatlılıq prosesində vahid yanaşmanın təmin olunması ilə bağlı müzakirələr aparılıb.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib