“Enterprise Azerbaijan” portalının “Startup School 4” layihəsinin Afrika qitəsi üzrə tərəfdaşları elan edilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin opretoru olduğu “Enterprise Azerbaijan” portalının həyata keçirdiyi “Startup School 4: Five Continents - 500 Startups” qlobal innovasiya proqramı çərçivəsində Afrika qitəsindən olan tərəfdaşlar ictimaiyyətə təqdim olunub.
Beynəlxalq əməkdaşlığı, bilik mübadiləsini və qlobal imkanlara çıxışı təşviq etmək məqsədi daşıyan proqrama bu dəfə Afrika regionundan nüfuzlu təşkilatlar dəstək verəcək:
"New Mansoura University" (Misir) - İnnovasiya və qlobal rəqabətədavamlılığa fokuslanmış yeni nəsil ağıllı universitetdir. Bu ali təhsil müəssisəsi proqram çərçivəsində təlim və mentorluq xidmətləri göstərəcək, həmçinin misirli startapların proqrama cəlb edilməsinə dəstək verəcək.
Efiopiya Dövlət Qulluğu Universitetinin Liderlik və Yaxşı İdarəetmə İnstitutu (Efiopiya) - Potensialın qurulması və liderliyin inkişafı sahəsində aparıcı dövlət təşkilatıdır. Bu tərəfdaşlıq efiopiyalı startapların proqrama cəlb edilməsi və inteqrasiyasına fokuslanacaq.
"Delphi Ltd." (Madaqaskar) - Təlim və mentorluq sahəsində ixtisaslaşan peşəkar qurumdur. Qurum madaqaskarlı startapların iştirakını dəstəkləməklə bərabər onlara mentorluq və təlim xidmətləri təqdim edəcək.
Afrika startapları bu proqrama müraciət etməklə qlobal mentor dəstəyi, təcrübə paylaşımı və beynəlxalq şəbəkələrlə əlaqə imkanları əldə edəcəklər. Bu həmçinin onların innovativ ideyalarını inkişaf etdirmək və potensial investorlara çıxışını təmin etmək üçün unikal fürsətdir.
Qeyd edək ki, “Startup School 4” layihəsinə startapların onlayn qeydiyyatı davam edir. Layihə bu il beş qitədən 500 startapı cəlb etməyi hədəfləyir. İnnovativ ideyası və ya startapı olan, eləcə də qlobal şəbəkələşmə, mentorluq və investisiya imkanlarından yararlanmaq istəyən şəxslər layihəyə müraciət etməyə dəvət olunur.
Qlobal innovasiya şəbəkəsinə qoşulmaq və gələcəyini "Startup School 4" ilə qurmaq istəyən hər kəs üçün qeydiyyat prosesi aktivdir.
Qeydiyyat üçün link: startupschool.az/en/register
Startapların qeydiyyatı 15 may 2026-cı il tarixinədək davam edəcək.






Ekspert yazıları
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır
Təranə Salıfova
İİTKM-in icraçı direktorunun müşaviri
Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan innovasiya yolunda irəliləyir: yüksəlişin əsas istiqamətləri
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
İnvestisiya fəallığı və güclü maliyyə mövqeyi iqtisadi artım üçün yeni imkanlar yaradır