“Enterprise Azerbaijan” portalının rəhbəri Naxçıvanda təlim keçib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalının “Startup School 4: Beş qitə – 500 startap” proqramı çərçivəsində Naxçıvan Dövlət Universitetində (NDU) təlim və mentorluq proqramı təşkil olunub. “Startup School Naxçıvan” layihəsi üzrə iki gün davam edən proqramda universitetin professor-müəllim heyəti və tələbələrinin iştirakı ilə innovasiya və sahibkarlıq istiqamətində xüsusi təlimlər keçirilib.
“Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov proqramın ilk günü NDU tələbələrinə startapların formalaşdırılması və inkişafı ilə bağlı, növbəti gün isə universitetin professor-müəllim heyətinə “Elmin kommersiyalaşdırılması” mövzusunda təlimlər keçib. Təlimlərdə innovativ ideyaların biznes layihələrinə çevrilməsi, bazar yönümlü yanaşma və startap ekosisteminin tələblərinə uyğun metod və texnikalar barədə ətraflı məlumat verilib. Xüsusilə professor-müəllim heyətinə keçirilən təlimlərdə akademik sahibkarlığın formalaşdırılmasının metodologiyaları işlənib və praktiki nümunələr əsasında iştirakçılarla iş aparılıb.
Qeyd olunub ki, təlim və mentorluq xidmətlərinin növbəti mərhələdə onlayn formatda davam etdirilməsi nəzərdə tutulur. Bu mərhələdə iştirakçıların startap ideyalarının daha da inkişaf etdirilməsi və onların praktik tətbiq imkanlarının genişləndirilməsi istiqamətində dəstək göstəriləcək.
Qeyd edək ki, “Startup School Naxçıvan” layihəsi “Startup School 4: Beş qitə – 500 startap” proqramı çərçivəsində həyata keçirilərək regionda startap ekosisteminin inkişafına töhfə verməyi hədəfləyir. Layihə çərçivəsində formalaşdırılan perspektivli startapların beynəlxalq proqramlara inteqrasiyası üçün də imkanlar yaradılır.






Ekspert yazıları
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır
Təranə Salıfova
İİTKM-in icraçı direktorunun müşaviri
Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan innovasiya yolunda irəliləyir: yüksəlişin əsas istiqamətləri
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
İnvestisiya fəallığı və güclü maliyyə mövqeyi iqtisadi artım üçün yeni imkanlar yaradır