“Enterprise Azerbaijan” portalı Sumqayıt Dövlət Universitetində təlim və infosessiya keçirib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalının həyata keçirdiyi “Startup School 4: Beş qitə - 500 startap” proqramı çərçivəsində növbəti təlim və infosessiya Sumqayıt Dövlət Universitetində təşkil olunub.
Universitetin müəllim heyəti və startap fəaliyyətinə maraq göstərən tələbələrin iştirakı ilə keçirilən görüş startap layihələrinin təqdimatı ilə başlayıb. Bilikdən istifadəyə əsaslanan fəaliyyət növü kimi - startap fəaliyyətinin akademik mühitlə əlaqələri kontekstində müzakirələr aparılıb. Tədbirdə startapların qarşılaşdığı əsas problemlər və bu problemlərin həlli istiqamətində qabaqcıl qlobal təcrübələr öyrənilib.
Təlimdə “Enterprise Azerbaijan” platformasının rəhbəri, dosent İsa Qasımov çıxış edərək startapların effektiv biznes modelinin qurulmasında ideya–ehtiyac–bacarıqlar (ING) mexanizmini izah edib və gənc startapçılara praktiki nümunələr gətirərək tövsiyələr verib.
Sonra “Startup School 4: Five Continents - 500 Startups” proqramı haqqında geniş infosessiya təqdim olunub, iştirakçıların sualları cavablandırılıb. Bildirilib ki, qlobal innovasiya proqramına startapların qeydiyyatı 15 may tarixinədək davam edəcək.
Qeyd edək ki, proqram innovativ ideyaların inkişaf etdirilməsi, startapların beynəlxalq ekosistemə inteqrasiyası və gənc təşəbbüskarların dəstəklənməsi məqsədi daşıyır.
Qeydiyyat üçün müraciət linki: https://startupschool.az/en/register






Ekspert yazıları
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır
Təranə Salıfova
İİTKM-in icraçı direktorunun müşaviri
Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan innovasiya yolunda irəliləyir: yüksəlişin əsas istiqamətləri
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
İnvestisiya fəallığı və güclü maliyyə mövqeyi iqtisadi artım üçün yeni imkanlar yaradır