“Azexport” portalı “Farm2Tour” layihəsində təmsil olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Azexport.az” portalının rəhbəri Ayxan Qədəşov aqroturizm sahəsində mövcud problemlərin innovativ həllinə yönəlmiş “Farm2Tour” layihəsi çərçivəsində gənclərə təlim keçib. O, aqroturizm iştirakçılarının qlobal dəyər zəncirinə qoşulması, eləcə də yaradıcı mədəniyyət sənayesi və yerli aqro-məhsulların xarici bazarlara ixracı yolları barədə ətraflı məlumat verib. Sessiyada aqrar sektorun qlobal bazarlara inteqrasiyası üçün “Alibaba”, “Amazon” və “eBay” kimi beynəlxalq e-ticarət platformalarından istifadə və müasir rəqəmsal satış həlləri gənclərin diqqətinə çatdırılıb.
“Farm2Tour” layihəsi Gənclər və İdman Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi, İİTKM-in “Enterprise Azerbaijan” portalı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və “Azmaş Lizinq” MMC-nin tərəfdaşlığı, həmçinin Aqrar İnkişaf Könüllüləri Təşkilatının təşkilatçılığı ilə həyata keçirilir. Məqsəd süni intellekt əsaslı rəqəmsal həllər vasitəsilə kənd təsərrüfatı və turizm sahələrini birləşdirən yeni ideyaların hazırlanmasını təşviq etməkdir.
Layihə çərçivəsində iştirakçılar əvvəlcə xüsusi təlimlərə cəlb olunur. Sonra onlar komandalara bölünərək mentor dəstəyi ilə 36 saat davam edən intensiv hakatonda iştirak edəcəklər. Seçilən ən uğurlu layihələr inkubasiya mərhələsinə yönləndiriləcək. Eyni zamanda startap potensialı olan ideyalar “Enterprise Azerbaijan” portalı tərəfindən “Startap School 4” proqramına daxil edilərək beynəlxalq ekosistemə çıxış imkanı əldə edəcəklər.






Ekspert yazıları
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır
Təranə Salıfova
İİTKM-in icraçı direktorunun müşaviri
Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan innovasiya yolunda irəliləyir: yüksəlişin əsas istiqamətləri
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
İnvestisiya fəallığı və güclü maliyyə mövqeyi iqtisadi artım üçün yeni imkanlar yaradır