Vüsal Qasımlı “İqtisadi artım” fənni üzrə proqram hazırlayıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı professoru olduğu Prezident yanında Dövlət İdarəçlik Akademiyasının Davamlı inkişafın planlaşdırılması və idarə edilməsi kafedrasında tədris edilməsi üçün “İqtisadi artım” fənninə dair dərs proqramı hazırlayıb. Bakalavr hazırlığı üçün nəzərdə tutulan proqramda “İqtisadi artım” fənninin məqsədi, əsas vəzifələri, fənn üzrə tələb olunan əsas bilik və bacarıqlar öz əksini tapıb.
Müəllim və tələbələrin istifadə edəcəkləri fənn proqramı üzrə müasir dövrdə iqtisadi artımın əsas anlayışları və alətləri öyrədilir, oxucularda real dünyanın problemlərinə iqtisadi yanaşma bacarıqları formalaşdırılır, iqtisadi artımı dəstəkləyən iqtisadi islahatları təhlil etmək qabiliyyəti aşılanır, həmçinin Azərbaycanda iqtisadi artımın özəllikləri haqqında nəzəri və praktik biliklər öyrədilir.
“050403 - Davamlı inkişafın idarə edilməsi” ixtisas kodu üzrə hazırlanmış proqram İİTKM-in şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Günay Quliyeva ilə birlikdə tərtib olunub. Proqramın elmi redaktoru Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, rəyçiləri isə iqtisad elmləri doktorları Arif Şəkərəliyev və Nazim İmanovdur.






Ekspert yazıları
Ceyran Bəbirova
Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
Ticarət və süni intellektin inteqrasiyası bizneslərə yeni perspektivlər açır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Dünya İnvestisiya Hesabatı 2025: Azərbaycan etibarlı və strateji investisiya mərkəzidir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Süni intellektin təhsildə yaratdığı inqilab
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Dünyada və Azərbaycanda vençur kapitalının vəziyyəti
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
ABŞ-la imzalanan strateji tərəfdaşlıq sənədi ilə Azərbaycan ixrac və elektron ticarətdə yeni imkanlar əldə edir
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Cənubi Qafqaz sülh və əməkdaşlıq regionuna çevrilir
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
İƏT-in əsas üstünlüyü enerji ehtiyatları və nəqliyyat əlaqələridir