“İqtisadi islahatlar” jurnalı “LivRe” elmi platformasında indeksləşdirilib

“İqtisadi islahatlar” jurnalı “LivRe” elmi platformasında indeksləşdirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən təsis edilmiş “İqtisadi İslahatlar” elmi jurnalı Braziliyanın Milli Nüvə Enerjisi Komissiyasının (CNEN – Comissão Nacional de Energia Nuclear) nəzdində fəaliyyət göstərən “LivRe” (Revistas de Livre Acesso) elmi platformasında indeksləşdirilib.

“LivRe” Cənubi Amerikanın nüfuzlu açıq elmi platformalarından biridir. Braziliyanın Milli Nüvə Enerjisi Komissiyasının informasiya sisteminə daxil olan platforma müxtəlif sahələr üzrə beynəlxalq elmi jurnalların daha geniş auditoriyaya çatdırılmasına xidmət edir. “İqtisadi islahatlar” jurnalının bu platformada indeksləşdirilməsi nəşrin Cənubi Amerikanın akademik auditoriyasında tanınmasına, elmi məqalələrin qlobal miqyasda istinad imkanlarının genişləndirilməsinə töhfə verəcək.

Mühüm yeniliklərdən biri də Azərbaycan dilinin "LivRe" platformasının rəsmi dillərindən biri kimi qəbul edilməsidir. Bununla platformanın istifadəçi interfeysi və məlumatları Azərbaycan dilində də təqdim olunur. Bu, ölkəmizin elmi nəşrlərinin beynəlxalq miqyasda tanıdılmasına, Azərbaycan dilində elmi məlumatlara çıxışın genişlənməsinə və milli elmi irsin təşviqinə mühüm töhfə verir.

Jurnalın "LivRe" platformasındakı səhifəsinə aşağıdakı link vasitəsilə daxil olmaq mümkündür:

https://livre2.cnen.gov.br/ConsultaPorLetra.asp?Letra=E