İİTKM Türk dövlətlərinin rəqəmsal iqtisadiyyatına həsr olunan beynəlxalq kitab layihəsinə start verib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Türk Dövlətləri Təşkilatının (TDT) Katibliyi ilə əməkdaşlıq çərçivəsində “Digital Economy of Turkic States: Global Trends and Regional Realities” (“Türk Dövlətlərinin Rəqəmsal İqtisadiyyatı: Qlobal Trendlər və Regional Reallıqlar”) adlı beynəlxalq kitab layihəsinə start verib. Layihədə Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrdən, həmçinin dünyanın aparıcı universitetləri, beyin mərkəzləri və beynəlxalq təşkilatlarından alim və tədqiqatçılar müəllif və həmmüəllif qismində iştirak etməyə dəvət olunurlar.
İngilis dilində nəşr olunacaq kitab Türk dövlətlərində rəqəmsal transformasiya, süni intellekt, innovasiya, rəqəmsal infrastruktur, elektron hökumət, kibertəhlükəsizlik, rəqəmsal maliyyə, startap ekosistemi və insan kapitalının inkişafını vahid metodoloji çərçivədə müqayisəli şəkildə təhlil edəcək. Nəşrin əsas məqsədi Türk dünyasında rəqəmsal iqtisadiyyatın mövcud vəziyyətini qiymətləndirmək, ortaq çağırış və imkanları müəyyənləşdirmək, regional əməkdaşlıq istiqamətlərini təqdim etmək və qərarvericilər üçün praktik tövsiyələr hazırlamaqdır.
Kitab giriş hissəsi və iki əsas bölmədən ibarət olmaqla ümumilikdə doqquz fəsli əhatə edəcək. Birinci bölmədə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Macarıstan, Şimali Kipr Türk Cümhuriyyəti və Türkmənistan üzrə ölkə hesabatları təqdim olunacaq. İkinci bölmədə isə Türk dövlətlərində rəqəmsal iqtisadiyyatın inkişaf perspektivləri, regional inteqrasiya və strateji əməkdaşlıq imkanları təhlil ediləcək.
Kitabın ön sözünün Türk Dövlətləri Təşkilatının Baş katibi, giriş hissəsinin isə İİTKM-in icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı tərəfindən yazılması nəzərdə tutulur. Layihənin Türk dünyasında rəqəmsal iqtisadiyyat üzrə ilk kompleks müqayisəli analitik nəşrlərdən biri olması və ortaq rəqəmsal inkişaf baxışının formalaşdırılmasına töhfə verməsi hədəflənir.
Müəlliflər üçün metodoloji tələblər, kitabın strukturu və iştirak şərtləri ilə bağlı ətraflı məlumat layihənin konsepsiya sənədində təqdim olunub.
Tam fəsillərin təqdim olunması üçün son tarix: 31 oktyabr 2026
Ətraflı məlumat və qeydiyyat üçün link: https://ereforms.gov.az/book
Sual və müraciətlər üçün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri İlyas Hüseynov ilə əlaqə saxlaya bilərsiniz:
E-poçt: ilyas.huseynov@ereforms.gov.az









Ekspert yazıları
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025