Azexport portalının rəhbəri Amazon və Ebay-də görüşlər keçirib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu Azexport portalının rəhbəri Ayxan Qədəşov Amerika Birləşmiş Ştatlarına səfəri çərçivəsində Amazon elektron ticarət platformasının baş ofisində səlahiyyətli nümayəndə Neyt Hill ilə görüşüb və tərəflər əməkdaşlıq istiqamətlərini müzakirə ediblər. Eyni zamanda, A. Qədəşov E-bay platformasında olub və ona platformanın iş sistemi barədə ətraflı məlumat təqdim edilib.
Azexport portalının rəhbəri həmçinin “Costco” topdan satış şəbəkəsinin və digər yerli distributorların nümayəndələri ilə görüşlər keçirib. Azərbaycanın yerli məhsullarının Amerika Birləşmiş Ştatalarına ixracı üçün əməkdaşlığa başlanmasına dair ilkin razılıq əldə olunub.
Səfər çərçivəsində A.Qədəşov ABŞ-ın Kaliforniya ştatında “Azərbaycan evi” təşkilatının qurucusu Aytən Məmmədova ilə görüşüb. Görüşdə Azərbaycan mallarının ABŞ-a ixracına dair birgə layihənin icrası haqqında müzakirələr aparılıb.
Qeyd edək ki, Azexport portalının rəhbərinin gömrük, logistika, sertifikatlaşdırma və vergi məsələləri üzrə ekspertlərlə görüşləri davam edir.









Ekspert yazıları
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025