"GS1 Azerbaijan" məlumat bazası "Azexport" portalına inteqrasiya olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalı ilə "GS1 Azerbaijan" arasında avtomatlaşdırılmış məlumat mübadiləsi təmin olunub.
İnteqrasiyanın nəticəsi olaraq, yerli şirkətlərin "GS1 Azerbaijan" bazasındakı məlumatlarının daha sürətli və rahat şəkildə “Azexport” portalına əlavə edilməsi üçün texniki işlərə start verilib. Bu tədbir "Azexport" portalı ilə "GS1 Azerbaijan" arasında imzalanmış Anlaşma Memorandumuna əsaslanır.
“Azexport” portalının rəhbəri Ayxan Qədəşov bildirib ki, inteqrasiya istehsalçılarla yanaşı, istehlakçılara da yeni imkanlar təqdim edir. Belə ki, artıq istehlakçılar “Azexport” portalında “GTIN (Əmtəənin Qlobal İdentifikasiya Nömrəsi) üzrə axtarış” bölməsi vasitəsilə '476' ilə başlayan nömrəni daxil etməklə məhsul haqqında ətraflı məlumat əldə edə bilərlər. Bu məlumatlara məhsulun adı, şəkli, ölçü vahidi, miqdarı, qablaşdırma növü, təsnifatı, istehsalçının adı və VÖEN nömrəsi daxildir.
A.Qədəşov əlavə edib ki, növbəti mərhələdə “GS1 Azerbaijan” tanınma nişanı məhsul məlumat panelində göstəriləcək, bu da rəqəmsal məlumatların təhlükəsizliyini və etibarını artıracaq, portalın məlumat bazasını genişləndirəcək.








Ekspert yazıları
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Tədqiqat və inkişaf (R&D) ilə innovasiya: bilikdən dəyərə, dəyərdən kapitala
Ceyran Bəbirova
Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
Ticarət və süni intellektin inteqrasiyası bizneslərə yeni perspektivlər açır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Dünya İnvestisiya Hesabatı 2025: Azərbaycan etibarlı və strateji investisiya mərkəzidir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Süni intellektin təhsildə yaratdığı inqilab
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Dünyada və Azərbaycanda vençur kapitalının vəziyyəti
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
ABŞ-la imzalanan strateji tərəfdaşlıq sənədi ilə Azərbaycan ixrac və elektron ticarətdə yeni imkanlar əldə edir
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Cənubi Qafqaz sülh və əməkdaşlıq regionuna çevrilir