“İqtisadi İslahatlar” jurnalı HERA akademik platformasında indeksləşdirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təsis etdiyi “İqtisadi İslahatlar” elmi jurnalı Argentinanın La Plata Milli Universitetinin (Universidad Nacional de La Plata – UNLP) HERA (Herramienta para Enriquecimiento de Recursos Académicos) akademik platformasında indeksləşdirilib. HERA akademik resursların keyfiyyət və təsir göstəricilərini müxtəlif beynəlxalq elmi məlumat bazaları əsasında vahid sistemdə təqdim edən platformadır.
La Plata Milli Universiteti (UNLP) Argentinanın ən nüfuzlu dövlət tədqiqat universitetlərindən biri olmaqla, Latın Amerikasının aparıcı ali təhsil və elmi-tədqiqat müəssisələri sırasında yer alır. Universitet elm, innovasiya və açıq elmin inkişafı istiqamətində həyata keçirdiyi layihələrlə tanınır.
“İqtisadi İslahatlar” jurnalının HERA akademik platformasında indeksləşdirilməsi elmi məqalələrin daha geniş tədqiqatçı auditoriyası tərəfindən aşkar olunması, beynəlxalq elmi məlumat bazalarındakı göstəricilərinin vahid platformada izlənilməsi və qlobal elmi kommunikasiyaya inteqrasiyasının gücləndirilməsi baxımından əhəmiyyət daşıyır.
Keçid: https://hera.sedici.unlp.edu.ar/









Ekspert yazıları
İsmət Mehrəliyeva
Rəqəmsal Ticarət Qovşağının (RTQ) rəhbəri
Azərbaycan rəqəmsal xidmətlərdə ABŞ, Böyük Britaniya və Kanadanı geridə qoydu – tarixi nəticə
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan və Böyük Britaniya: Strateji müttəfiqliyin yeni iqtisadi və siyasi üfüqləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Tikintiyə icazə sahəsində islahatlar biznes mühitinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına töhfə verir
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır