İnvestisiya mühitinə dair təlim təşkil edilmişdir
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində DB və IFC-nin Doing Business üzrə missiya üzvləri Roberto Eçandi (Özəl Sektor üzrə Aparıcı Mütəxəssis), Gerlin Catanqui (Baş Əməliyyat Mütəxəssisi), Axtar Mahmud (Biznes Tənzimlənməsi üzrə Aparıcı Mütəxəssis), Lili Begiaşvili (Biznes Tənzimlənməsi üzrə Regional Mütəxəssis) və İrina Kokayanın (Tapşırıq Qrupunun Rəhbəri) təqdimatında “İnvestisiya mühiti, investisiyaların cəlb edilməsi və qorunması” mövzusunda seminar təşkil edilmişdir.
Tədbirdə diversifikasiya ilə bağlı çətinliklərin həll edilməsi, İnvestisiya mühiti islahatlarına kompleksli yanaşma, İnvestisiyaların cəlb edilməsi və qorunub saxlanılması, Dünya Bankı Qrupunun İnvestisiya Siyasəti və bu kimi digər mövzularda müzakirələr aparılmışdır.
Seminarda nazirliklərin, qeyri-hökümət təşkilatlarının nümayəndələri, həmçinin orta və kiçik sahibkarlar iştirak etmişlər.
Beynəlxalq iqtisadi reytinqlərdə ölkə üzrə göstəricilərin yüksəldilməsi məqsədi ilə Doing Business Hesabatının yenilənməsi üzrə Dünya Bankı (DB) və Beynəlxalq Maliyyə Korposasiyasının (İFC) biznes mühiti, investisiyaların cəlb edilməsi və qorunması üzrə missiyası 5-9 Sentyabr 2016-cı il tarixlərində Bakıda səfərdə olacaqlar.









Ekspert yazıları
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Orta Dəhlizin strateji əhəmiyyəti: Trans-Xəzər marşrutu üzrə investisiya artımı və Azərbaycanın regional rolu
Ceyran Bəbirova
Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
COP30 fəaliyyəti COP29-un yaratdığı siyasi və maliyyə arxitekturasının praktik tətbiqidir