İİTKM ABŞ-nin “World Economic Magazine Awards 2025” müsabiqəsində ali mükafata layiq görülüb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) ABŞ-nin “World Economic Magazine Inc.” təşkilatının təşkil etdiyi “World Economic Magazine Awards 2025” beynəlxalq müsabiqəsində “Texnologiya” nominasiyası üzrə ali mükafata layiq görülüb. Nüfuzlu mükafat “Ağıllı monitorinq və qiymətləndirmə sahəsində mükəmməllik mükafatı - Azərbaycan 2025 (Excellence Award for Smart Monitoring and Evaluation – Azerbaijan 2025)” adlanır.
İİTKM-in İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi Rəşad Nəcəflinin sözlərinə görə, mükafatın təqdim edilməsində Mərkəzin Nazirlər Kabinetinin tapşırığı əsasında “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasının monitorinqi və qiymətləndirilməsi məqsədilə rəqəmsal platforma yaratması, bu çərçivədə layihə idarəetməsi, data analitikası, coğrafi informasiya sistemləri, videomüşahidə və süni intellekt imkanlarından səmərəli istifadəsi əsas meyar kimi götürülüb.
Rəşad Nəcəfli bildirir ki, bu tanınma Mərkəzin Coğrafi İnformasiya Sistemləri (CİS) və videomüşahidə texnologiyaları vasitəsilə real vaxtda məlumat izləmə, risklərin qabaqcadan təhlili və Dəyərə əsaslanan idarəetmə (CPI, SPI) modellərinin tətbiqi, ictimaiyyətlə əlaqə üçün süni intellekt əsaslı çatbot həlli, OECD/DAC qiymətləndirmə meyarlarına uyğun şəffaf, çoxagentli performans monitorinqi kimi komponentlərlə rəqəmsal dövlət idarəçiliyi və ağıllı qiymətləndirmə təcrübəsində nümunəvi model yaratmasını təsdiqləyir.
Qeyd edək ki, “World Economic Magazine Awards 2025” müsabiqəsində “Texnologiya” nominasiyası üzrə İİTKM-lə yanaşı, böyük milli və regional şirkətlər də iştirak ediblər. Bu mükafat Mərkəzin qlobal səviyyədə rəqabət qabiliyyətini və texnologiya sahəsində liderlik potensialını nümayiş etdirir.
Azərbaycanın dövlət texnologiyalarına (GovTech) dair əldə etdiyi bu ali beynəlxalq mükafat Prezident İlham Əliyevin iqtisadi islahatlar sahəsində, o cümlədən proqram idarəetməsi və nəticəəsaslı büdcə istiqamətində apardığı uğurlu siyasətə verilmiş daha bir yüksək beynəlxalq qiymət kimi dəyərləndirilir. Dövlət başçısının təşəbbüsü və rəhbərliyi ilə formalaşan iqtisadi islahatların idarə edilməsi modeli dünya üçün nümunə təşkil edir.
Mənbə: https://awards.worldecomag.com/world-economic-magazine-2025-award-winners/






Ekspert yazıları
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Orta Dəhlizin strateji əhəmiyyəti: Trans-Xəzər marşrutu üzrə investisiya artımı və Azərbaycanın regional rolu