
"Enterprise Azerbaijan" portalı “Startup School 3” layihəsini Gəncədə təqdim etdi
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Enterprise Azerbaijan" portalı Gəncədə yerləşən ali təhsil müəssisələrində “Startup School 3” layihəsi çərçivəsində həyata keçirilən “Yaşıl və Rəqəmsal İpək Yolu” (Green and Digital Silk Road) beynəlxalq akselerasiya proqramını təqdim edib.
Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Gəncə Dövlət Universitetində təşkil edilmiş infosessiyalarda startap komandalarına və startap ekosistemində özünü sınamaq istəyən gənclərə innovativ sahibkarlıq istiqamətində yerli və qlobal bazarın perspektivləri, bu sahədə metodoloji yanaşmalar haqqında məlumat verilib.
Sessiyanın əsas məqsədi tələbələri yaşıl texnologiyalar və rəqəmsal transformasiya istiqamətlərində beynəlxalq innovasiya mühitinə cəlb etmək, eləcə də onların təşəbbüskarlıq və startap fəaliyyətində uğurlu biznes modelin qurulması bacarıqlarının inkişafına dəstək göstərmək olub.
Təqdimatla çıxış edən "Enterprise Azerbaijan" portalının rəhbəri İsa Qasımov akselerasiya proqramının məqsəd və mərhələləri, habelə iştirakçılara yaradılan imkanlar barədə ətraflı məlumat verib. Akselerasiya proqramı çərçivəsində dünyanın qabacıl təcrübəyə malik ekosistemlərindən cəlb olunmuş mütəxəssislərin startapçılara verəcəyi təlim-mentorluq dəstəyi, investorlara çıxış imkanları və sair fürsətlərdən faydalanmaq yolları izah edilib.
“Yaşıl və Rəqəmsal İpək Yolu” beynəlxalq akselerasiya proqramı Mərkəzi Asiya və İpək Yolu ölkələrindən olan startapların iştirakını əhatə edir. Proqramın əsas hədəfi gənc innovatorların bilik və bacarıqlarını inkişaf etdirmək, onları qlobal bazarlara hazırlamaq və dayanıqlı texnoloji həllərin yaradılmasını təşviq etməkdir. Akselerasiya proqramına startapların qeydiyyatı cari ilin avqust ayının 1-ə kimi davam edəcək.
Qeydiyyat üçün link: https://forms.gle/YwzgE1aXizJ6Km2e9



Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
İƏT-in əsas üstünlüyü enerji ehtiyatları və nəqliyyat əlaqələridir
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Cəzaçəkmə müəssisələrində peşə təhsilinin gücləndirilməsi və sosial yenidənqurma
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya və rifah: Kimə nə vəd edir?
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Dünyanın ilk süni intellekt əsaslı klinikası daha çevik xidmət modelinə keçidi simvolizə edir
Səbinə Cumazadə
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Rəqabətqabiliyyətli məhsul istehsalı üçün milli standartlaşdırmanın təkmilləşdirilməsi əhəmiyyətlidir
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan - Çin münasibətləri: formalaşması və perspektivləri
Lətif Zeynallı
Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
Azərbaycan-Almaniya strateji tərəfdaşlığında yeni perspektivlər: Yaşıl gələcəyə doğru