“Startup School 3” Azərbaycan Tibb Universitetində təqdim olundu
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalının təşəbbüsü ilə “Startup School 3” layihəsinin növbəti təqdimat sessiyası Azərbaycan Tibb Universitetində keçirilib.
Tədbirdə universitetin tələbələri, professor-müəllim heyəti və tibb sahəsində innovativ yanaşmalara maraq göstərən gənc tədqiqatçılar fəal iştirak ediblər. Sessiyada layihənin əsas istiqamətləri, iştirak şərtləri və ölkəmizdə innovasiya ekosisteminin inkişafı istiqamətində həyata keçirilən təşəbbüslər barədə məlumat verilib.
“Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov “Yaşıl və Rəqəmsal İpək Yolu” beynəlxalq akselerasiya proqramı barədə geniş təqdimatla çıxış edib. O bildirib ki, bu proqram yaşıl enerji və rəqəmsal texnologiyalar sahəsində çalışan startapların inkişafına təkan vermək, tibb və digər sahələrdə yeni ideyaların reallaşdırılmasına dəstək göstərmək və gəncləri qlobal innovasiya mühitinə cəlb etmək məqsədi daşıyır.
İnteraktiv keçən sessiyada iştirakçılara layihənin mərhələləri, seçim meyarları, təlim və mentorluq imkanları, həmçinin beynəlxalq tərəfdaşlarla mümkün əməkdaşlıq istiqamətləri təqdim olunub. İştirakçıların sualları cavablandırılıb, onlara real təcrübələr əsasında tövsiyələr verilib.
Qeyd edək ki, “Startup School 3” layihəsi Azərbaycanın innovasiya mühitini gücləndirmək, gənclərin təşəbbüskarlıq qabiliyyətlərini inkişaf etdirmək və onları beynəlxalq bazara çıxış üçün hazırlamaq məqsədilə həyata keçirilir. Layihə həm yerli, həm də beynəlxalq innovasiya təşəbbüsləri ilə əməkdaşlıq əsasında icra olunur.




Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Orta Dəhlizin strateji əhəmiyyəti: Trans-Xəzər marşrutu üzrə investisiya artımı və Azərbaycanın regional rolu
Ceyran Bəbirova
Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
COP30 fəaliyyəti COP29-un yaratdığı siyasi və maliyyə arxitekturasının praktik tətbiqidir
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Tədqiqat və inkişaf (R&D) ilə innovasiya: bilikdən dəyərə, dəyərdən kapitala
Ceyran Bəbirova
Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
Ticarət və süni intellektin inteqrasiyası bizneslərə yeni perspektivlər açır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Dünya İnvestisiya Hesabatı 2025: Azərbaycan etibarlı və strateji investisiya mərkəzidir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Süni intellektin təhsildə yaratdığı inqilab
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Dünyada və Azərbaycanda vençur kapitalının vəziyyəti