Vüsal Qasımlının məqaləsi Belqrad Universitetinin Scopus bazasında indesləşdirilən nüfuzlu jurnalında çap olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, i.e.d., professor Vüsal Qasımlının Serbiyanın Belqrad Universitetinin “Economic Annals” (İqtisadi Salnamələr) jurnalında "Economy-wide and environmental benefits of green energy development in oil-rich countries: Evidence from Azerbaijan" (“Neftlə zəngin ölkələrdə yaşıl enerjinin inkişafının iqtisadi və ekoloji faydaları: Azərbaycandan sübutlar”) mövzusunda məqaləsi çap olunub.
Məqalədə göstərilir ki, Azərbaycan öz potensialından tam istifadə edərək yaşıl enerji istehsalı və ixracı istiqamətində mühüm addımlar atır. Azərbaycanın əsas rol oynadığı “Xəzər-Qara dəniz-Avropa” yaşıl enerji dəhlizi ilk mərhələdə Azərbaycanı Avropa ilə birləşdirməyi hədəfləyir. İkinci mərhələdə bu dəhliz Mərkəzi Asiyanı Avropa ilə birləşdirəcəkdir. Azərbaycanın bu sahədəki uğurları isə karbon emissiyalarının azaldılmasına öz töhfəsini verməklə həm də qlobal faydaya səbəb olacaqdır. Məqalədə Azərbaycanda yaşıl enerjiyə keçidin sosial-iqtisadi və ekoloji faydaları qiymətləndirilmiş və əldə edilən nəticə görə yaşıl enerjiyə keçid istiqamətində başlanan layihələr yaxın gələcəkdə özünü doğruldacaqdır.
Qeyd edək ki, 1955-ci ildən etibarən rüblük əsasda nəşr olunan bu jurnalda çap olunan məqalələr Scopus bazası tərəfindən də indesləşdırilir. “Economic Annals” junalının il ərzində nəşr olanan 4 sayının hər birində 5 məqalə olmaqla ümumilikə 20 ən yaxşı məqalə çap olunur.
Professor Vüsal Qasımlının bu jurnala yazdığı məqalənin digər həmmüəllifləri isə i.e.d Ramil Hüseyn və i.e.f.d Rəşad Hüseynovdur.
Məqalə ilə bu linkdən tanış ola bilərsiniz: https://ereforms.gov.az/az/publication/30
Ekspert yazıları
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi
Davos 2025: “İntellektual əsrdə sənayelər”
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Davos 2025 “İnsanlara investisiya”
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Regionda Azərbaycanın iştirakı, razılığı olmadan hər hansı layihənin uğurla reallaşdırılması qeyri-mümkündür
Lətif Zeynallı
Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
Azərbaycanın D-8 üzvlüyü regionun iqtisadi dinamikasını dəyişəcək
Təranə Salıfova
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Qarabağ və Şərqi Zəngəzurun bərpası ən vacib prioritetlərdən biridir
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Uzunmüddətli sosial-iqtisadi inkişafa töhfə
Vüsal Qasımlı
İİTKM -in icraçı direktoru
Dövlət müəssisələrinin islahatı səmərəlilik və ədalət prinsiplərinə söykənir