EnterpriseAzerbaijan.com İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının tədbirində təmsil olundu
EnterpriseAzerbaijan.com portalı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) “Rəqəmsal transformasiya və onun şərtləri: rəqəmsal texnologiyaların potensialı haqqında ümumi bir anlayışın formalaşdırılması” adlı seminarda iştirak edib.
Seminar Şərq Tərəfdaşlığı ölkələrində rəqəmsal transformasiyanın təşviqi məsələlərini daha ətraflı nəzərdən keçirməyə imkan yaradıb. İştirakçılar tərəfindən rəqəmsallaşmanın son tendensiyaları və rəqəmsal çevrilmənin təşviq edilməsinin yolları nəzərdən keçirilib.
"Rəqəmsal texnologiyaların potensialı haqqında ümumi bir anlayışın formalaşdırılması" mövzusuna həsr olunmuş seminar, bütün iştirakçıların fəaliyyətin təşkili və idarəetmə metodları ilə bağlı məqamlar da daxil olmaqla rəqəmsallaşma potensialı barədə bütöv bir anlayış yaratmalarına kömək edəcəkdir.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələrindən olan mütəxəssislər tərəfindən rəqəmsal transformasiya üçün lazım olan və rəqəmsal mədəniyyətə təsir edən prinsiplərə əsaslanan texnologiya imkanlarının səmərəli istifadəsi və mənimsənilməsini təmin etmək üçün ən yaxşı təcrübələr təqdim olunub, həmçinin, son innovativ tendensiyalardan bəhs edilib.
EnterpriseAzerbaijan.com portalında təqdim olunan innovativ startaplarla investisiyaların inkişafı üzrə işlər haqqında geniş fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, EnterpriseAzerbaijan.com portalının operatoru İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzidir.
Ekspert yazıları
Nicat Hacızadə
İİTKM-in şöbə müdiri
Azərbaycanda ilin əvvəli ilə müqayisədə inflyasiyanın səviyyəsi enib
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Beynəlxalq nəqliyyat dəhlizlərindən istifadə müasir dövrün çağırışıdır
Ayhan Satıcı
Türk Dünyası Araşdırmaları Mərkəzinin rəhbəri
Azərbaycan Türk dünyasında ticari-iqtisadi potensialın artırılmasında əsas drayverlərdəndir
Təranə Salıfova
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
İİTKM-in şöbə müdiri Təranə Salıfova: "Qarabağda bayrağımızın ucaldılması ölkə iqtisadiyyatına xüsusi töhfə verəcək"
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Dövlət Başçılarının 5-ci Məşvərət görüşü regionda inteqrasiya proseslərini daha da sürətləndirəcək
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycanda 2026-cı ilə kimi sosial xidmətin keyfiyyəti əhəmiyyətli dərəcədə artırılacaq
Ayhan Satıcı
Türk Dünyası Araşdırmaları Mərkəzinin rəhbəri
Özbəkistan Prezidentinin dövlət səfəri iqtisadi münasibətlərin də dərinləşməsində yeni mərhələdir