Zəngəzur dəhlizinin regional iqtisadi inteqrasiyada rolu İtaliyanın Neapol şəhərində təqdim edilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) departament rəhbəri Ayaz Müseyibov İtaliyanın Neapol şəhərində keçirilən Sülh naminə tərəfdaşlıq konsorsiumunun tədqiqat qrupunun tədbirində iştirak edib. Tədbirdə A.Müseyibov "Zəngəzur dəhlizinin regional iqtisadi inteqrasiyada və sülhdə artan rolu" mövzusunda məruzə ilə çıxış edib. Qeyd edilib ki, Zəngəzur dəhlizi mövcud reallıqlar şəraitində regional iqtisadi inteqrasiya və sülh üçün ən praqmatik və optimal variantdır. Eyni zamanda, bu dəhlizin Azərbaycanın bu vaxta qədər icra etdiyi Bakı –Tbilisi- Ceyhan, Bakı-Tbilisi-Qars, Cənub Qaz dəhlizi və s. kimi meqa layihələrdə olduğu kimi qlobal ticarət və enerji dəhlizlərinin effektivliyinə töhfə verdiyi və bütün region ölkələrin marağına uyğun unikal layihə olduğu vurğulanıb.
Görüşlərdə regiondan, o cümlədən Polşa, Yunanıstan, ABŞ, Türkiyə, Avstriya, Sloveniya və digər ölkələrdən olan iqtisadçı ekspertlər Cənubi Qafqazda iqtisadi əməkdaşlıq və inteqrasiya imkanları barədə elmi müzakirələr aparıblar. Müzakirələr zamanı regionun ümumi iqtisadi inkişaf imkanları, həmçinin Zəngəzur dəhlizinin iqtisadi inkişaf və regional inteqrasiyada mümkün perspektivləri haqqında fikirlər səsləndirilib.
Qeyd edək ki, Avropanın nüfuzlu beyin mərkəzləri və institutlarının təşkilatçısı olduğu konfrans tərəfindən professor Vüsal Qasımlı və A.Müseyibovun Zəngəzur dəhlizinə dair həmmüəllifi olduğu araşdırma materialının dərc olunması planlaşdırılır.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib