“Yaşıl enerji məkanı” üzrə İşçi qrupun növbəti iclası keçirilib
“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 2023-cü il üçün nəzərdə tutulmuş hədəfləri çərçivəsində müvafiq tədbirlərin icra vəziyyətinə dair “Yaşıl enerji məkanı” üzrə İşçi qrupun növbəti iclası keçirilib.
Energetika nazirinin müavini Elnur Soltanovun sədrliyi ilə keçirilən iclasda Strategiya sənədində “Yaşıl enerji məkanı” məqsədi üzrə fəaliyyət istiqamətləri və hədəflərlə bağlı yerinə yetirilmiş işlər barədə məlumat verilib. Paylayıcı şəbəkədə elektrik təchizatının yaxşılaşdırılması, elektroenergetika sistemində müstəqil təchizatçıların fəaliyyətinin təşviq edilməsi, bərpa olunan enerji infrastrukturunun genişləndirilməsi, bu sahədə informasiya sisteminin yaradılması, hidrogenin istehsalı sahəsi, istixana effekti yaradan qazların inventarlaşdırılması, energetika sektorunda karbon tutulması, enerji səmərəliliyinin təmin edilməsi və digər tədbirlərlə bağlı İşçi qrupu üzvlərinin rəy və təklifləri dinlənilib.
İclasda Strategiya sənədi üzrə növbəti illərdə icra ediləcək tədbirlər və hədəflər, onların tam, vaxtında, effektiv və maneəsiz həlli yolları ətrafında müzakirələr aparılıb.
Qeyd edək ki, “Yaşıl enerji məkanı” İşçi qrupunda Energetika Nazirliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə yanaşı, İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı, Rəqəmsal İnkişaf və Nəqliyyat, Maliyyə, Fövqəladə Hallar nazirliklərinin, SOCAR, Mərkəzi Bank, Azərbaycan İnvestisiya Holdinqi, Dövlət Statistika Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Gömrük Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası, “Azərsu”, “Meliorasiya və Su Təsərrüfatı”, “Azərenerji”, “Azərişıq”, “Azəristiliktəchizat” ASC-lərin nümayəndələri təmsil olunurlar.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib