Vüsalə Cəfərova beynəlxalq yay məktəbində çıxış edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri Vüsalə Cəfərova Türkiyənin İstanbul şəhərində keçirilən “Türk dünyası üçün yeni dövr” beynəlxalq yay məktəbində mühazirə oxuyub.
“Qitələri birləşdirən Azərbaycanın Türk Dünyasının iqtisadi inteqrasiyasında rolu” mövzusunda təqdimatında V.Cəfərova Azərbaycanın Avropanın etibarlı enerji təchizatçısı kimi regional neft və qaz boru kəmərlərinin tikilməsində təşəbbüskarlığı və həyata keçirdiyi investisiya layihələrinin Xəzər Dənizi hövzəsinin və Türk dünyasının beynəlxalq bazarlara çıxışının təmin edilməsində rolu barədə türk dünyasından olan tədqiqatçılara geniş məlumat verib. TDAM rəhbəri Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı-Tbilisi-Qars dəmir yolunun Orta Dəhliz üçün əhəmiyyəti, Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat şəbəkəsinin kəsişməsində yerləşən ölkə kimi bu sahəyə qoyduğu investisiyalar, eləcə də Zəngəzur dəhlizinin bərpa edilməsi istiqamətində görülən işləri auditoriyanın diqqətinə çatdırılıb.
Tədbir çərçivəsində Vüsalə Cəfərova Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Macarıstanın beyin mərkəzlərinin nümayəndələri ilə görüşlər keçirib və onlara İİTKM-in hazırladığı dövri “Türk İqtisadi İcmalı” və “Türk dövlətləri iqtisadiyyatı” kitabını təqdim edib.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib