Vüsal Qasımlının həmmüəllifi olduğu məqalə “Springer Nature” nəşrində dərc olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlının həmmüəllifi olduğu məqalə dünyanın ən böyük elmi nəşriyyat qruplarından olan “Springer Nature” şirkətinin “The Web of Science” və “Scopus” tərəfindən indekslənən (Q1 kateqoriyasında yer alır) “Circular Economy and Sustainability” jurnalında dərc olunub.
“Günəş fotovoltaik (PV) tullantılarının idarə olunması üçün dairəvi iqtisadiyyat strategiyaları: Azərbaycanın yaşıl enerji keçidi üçün qlobal təcrübələr və təsirlər” (Circular Economy Strategies for Solar Photovoltaic Waste Management: Global Practices and Implications for Azerbaijan’s Green Energy Transition) mövzusunda məqalənin digər həmmüəllifləri iqtisad üzrə fəlsəfə doktoru, dosent Günay Quliyeva və Azərbaycan Turizm və Menecment Universitetinin doktorantı Rəşad Bağırovdur.
Məqalədə günəş fotovoltaik (PV) sistemlərinin qlobal miqyasda artması fonunda istismar müddətini başa vurmuş PV tullantılarının idarə olunması və bu sahədə dairəvi iqtisadiyyat yanaşmalarının tətbiqi kompleks şəkildə təhlil edilib. Tədqiqatda PV tullantılarının idarə olunmasının ekoloji risklərin azaldılması və resurs səmərəliliyinin artırılması baxımından əhəmiyyəti vurğulanaraq, dairəvi iqtisadiyyat prinsiplərinin enerji sektoruna inteqrasiyası elmi əsaslarla qiymətləndirilib.
Araşdırmada Almaniya, Avstraliya və ABŞ kimi ölkələrin PV tullantılarının idarə olunması üzrə mövcud təcrübələri müqayisəli şəkildə təhlil edilib. Almaniyada yüksək resurs bərpası və təkrar emal hədəfləri ilə müşayiət olunan sərt normativ çərçivə, Avstraliyada mərkəzləşdirilməmiş infrastruktur modeli, ABŞ-da isə materialların bərpası və yaşıl iş yerlərinin yaradılmasına yönəlmiş innovativ yanaşmalar diqqətə çatdırılıb.
Tədqiqatın nəticələrinə əsasən, Azərbaycanda günəş enerjisi sektorunun genişlənməsi ilə paralel olaraq 2050-ci ilə qədər PV tullantılarının həcminin təxminən 60 milyon tona çatacağı proqnozlaşdırılır. Bu isə ölkədə tullantıların idarə olunması sahəsində sistemli və qabaqlayıcı siyasət tədbirlərinin həyata keçirilməsini zəruri edir.
Məqalədə Azərbaycanda bu çağırışlara cavab olaraq genişləndirilmiş istehsalçı məsuliyyəti (Extended Producer Responsibility – EPR) çərçivələrinin tətbiqi, hibrid təkrar emal infrastrukturunun formalaşdırılması və yaşıl maliyyələşmə mexanizmlərinin inkişaf etdirilməsi tövsiyə olunur. Eyni zamanda, təkrar istifadə, bərpa və təkrar emal kimi dairəvi iqtisadiyyat prinsiplərinin tətbiqinin resurs səmərəliliyini artıracağı və karbon emissiyalarını azaldacağı qeyd edilir.
Araşdırma göstərir ki, bu yanaşmalar yalnız ekoloji problemlərin həllinə deyil, həm də yeni iqtisadi dəyər zəncirlərinin formalaşmasına və “yaşıl iş yerləri”nin yaranmasına töhfə verir. Nəticə etibarilə, tədqiqat Azərbaycanın bərpa olunan enerji sektorunda dayanıqlı inkişaf modelinə keçidini sürətləndirərək ölkənin regional liderlik mövqeyinin möhkəmlənməsinə dəstək verə bilər.
“Circular Economy and Sustainability” jurnalı dairəvi iqtisadiyyat, resurs idarəçiliyi və dayanıqlı inkişaf sahələrində beynəlxalq ictimaiyyət üçün aparıcı elmi platformalardan biri hesab olunur.
Məqaləni oxumaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz:
https://link.springer.com/article/10.1007/s43615-026-00973-5








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu