Vüsal Qasımlı: Zərərçəkən sahibkarlara, muzdlu işçilərə və aztəminatlılara dəstək veriləcək
Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı imzalanıb. Sərəncamı şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, “dəstək proqramı”ndaməqsəd makro-iqtisadi dayanıqlığın qorunması, əhalinin sosial rifahı və iqtisadi inkişafın təmin edilməsidir:
“Vəsait dövlət büdcəsindən ayrıldığından emissiya xarakteri daşımır və pulkütləsinin artımını şərtləndirmir, beləliklə, monetar şəraiti yumşaltmaqla manatın məzənnəsinə və qiymətlərə təzyiq göstərmir. Ayrılan 1 milyard manat vəsait ÜDM-in 1,2 faizini və dövlət büdcəsinin 3,7 faizini təşkil etməklə əhəmiyyətli təsir gücünə malik olacaq. Azərbaycanda “dəstək proqramı”nın ÜDM-də vədövlət büdcəsində xüsusi çəkisi MDB məkanında bu göstərici üzrə ən yüksəkdir.
Keçən il toplu maliyyə balansının gəlirlərinin (proqnozaəsasən) 34,1 milyard manatı və ya 53,5 faizini müəssisə və təşkilatların resursları təşkil edib. Toplu maliyyə balansının təhlili göstərir ki, müəssiə resurslarının 86 faizini mənfəət, 14faizini isə amortizasiya ayırmaları təşkil edir. “Dəstək proqramı” ilk növbədə müəssisələrin dayanıqlılığını təmin etməlidir ki, biznes ayaqda qala bilsin. Çünki biznesin xilası, onun iflası nəticəsində yaranan sosial-iqtisadi təsirlərin aradan qaldıdılması ilə müqayisədə daha ucuz başa gəlir.“Dəstək proqramı”nın həyata keçirilməsi həm də “kölgə iqtisadiyyatı”nın azalmasına xidmət edəcək, çünki biznes dövlətdən dəstək almaq üçün həmdə balansını “ağartmalıdı”. Xüsusilə, məşğulluğu daha geniş miqyasda təmin edən biznesə dəstək daha geniş olmalıdır. Məşğulluğun 14,5 faizinitəminedənticarətvənəqliyyatvasitələrinintəmiri, 4,2 faizini təmin edən nəqliyyat və anbar təsərrüfatı, 1,6 faizini təmin edən turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 faizini təmin edən istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət “Dəstək proqramı”nın mərkəzində olacaq. Bütün hallarda ödənişli ictimai işlər, özünü məşğulluq və ünvanlı sosial yardım kimi layihələrin əhatə dairəsinin artırılması gündəmdədir. “Məhsul və xidmətlər hesabı”nın təhlili göstərir ki, ötən il 203,7 milyon manat təşkil edən “məhsula və idxala subsidiyalar”ı bu il daha da artırmaqla prioritet sektorları dəstəkləmək mümkündür. Qlobal şokların təsiri altında həm əhali, həm də müəssisələr səviyyəsində ödəməmələr və borclar problemi meydana çıxır. “Dəstək proqramı” zərər çəkən sektoralara, sahibkarlara, muzdlu işçilərə və aztəminatlı insanlarımıza dəstəyi nəzərdə tutur.
Azərbaycan dövləti koronaböhranla mübarizədə heç bir xarici dəstəyə arxalanmadan, yalnız öz resursları ilə fəaliyyət göstərir. Hansı ki, Beynəlxalq Valyuta Fondu və Dünya Bankı başda olmaqla beynəlxalq qurumlar koronaböhranla mübarizədə ehtiyacı olan dövlətlərə yardım etməyə başlayıblar. Azərbaycan ÜST-in “COVID-19 müraciəti” adlı Fonduna 5 milyon ABŞ dolları məbləğində könüllü maliyyə yardımı etməklə həm də qlobal səviyyədə sosial məsuliyyətini ifadə edib









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan və Böyük Britaniya: Strateji müttəfiqliyin yeni iqtisadi və siyasi üfüqləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Tikintiyə icazə sahəsində islahatlar biznes mühitinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına töhfə verir
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır
Təranə Salıfova
İİTKM-in icraçı direktorunun müşaviri
Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf