Vüsal Qasımlı Yaponiyaya səfər edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Asiya İnkişaf Bankının dəvəti ilə Yaponiyanın paytaxtı Tokio şəhərinə səfər edib.
Vüsal Qasımlı Tokioda keçirilən “Mərkəzi Asiya və Qərbi Asiyada inklüziv inkişaf” mövzusunda konfransda iştirak edib. Vüsal Qasımlı Asiya İnkişaf Bankının İnstitutunun direktoru professor Naoyuki Yoşino ilə birlikdə “Mərkəzi və Qərbi Asiyada inkişaf və xarici şokların təsiri” mövzusunda sessiyaya rəhbərlik edib. Konfransda Mərkəzi və Qərbi Asiya regionunda iqtisadi inkişaf aspektləri müzakirə edilib. O cümlədən, yoxsulluq və bərabərsizliyin aradan qaldırılması ilə bağlı bu regionda aparılan iqtisadi siyasət tədbirlərinə dair fikir mübadiləsi aparılıb.
Həmçinin, iqtisadi inkişafda kiçik və orta sahibkarlığın oynadığı rol, infrastrukturun inkişafı, yeni iş yerlərinin yaradılması, xaricdən köçürmələr kimi məsələlərə toxunulub.
Vüsal Qasımlı tədbir iştirakçılarını Azərbaycanda aparılan iqtisadi islahatlar və makroiqtisadi perspektivlər barədə məlumatlandırıb.









Ekspert yazıları
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025