Vüsal Qasımlı VİSA İnternational şirkətinin nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı “VİSA İnternational” şirkətinin MDB və Cənub - Şərqi Avropa ölkələri üzrə rəhbəri Vira Platonova, MDB və Cənub – Şərqi Avropa ölkələri üzrə hökümətarası əlaqələr üzrə rəhbəri Yuliya Zaavalishyna və “VİSA İnternational” şirkətinin Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri Nurlan Hacıyevi qəbul edib.
Vüsal Qasımlı xatırladıb ki, bu il yanvarın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda “Visa” şirkətinin prezidenti Rayan Maklnernini qəbul edib: “Görüşdə Rayan Maklnerni bu il Davosa səfərlərinin əsas məqsədinin Prezident İlham Əliyev ilə görüşmək olduğunu vurğulamışdı. O, son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda rəqəmsal ödənişlərin inkişafında mühüm irəliləyişlərin baş verdiyini və bu sahədə müxtəlif layihələrin reallaşdırılmasında “Visa” şirkətinin ölkənin müvafiq qurumları ilə sıx əməkdaşlıq etdiyini bildirmişdi. Bu qurumlardan biri də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzidir.”
Görüşdə “VİSA İnternational”-ın təqdim təmassız ödəniş sistemləri, transsərhəd müqavilələrdə elektron ödənişlərin Visa Wallet, Visa e-identity və Visa Checkout kimi müasir texnologiyalardan istifadə kimi məsələlər haqqında müzakirələr aparılıb. Həmçinin Azerxport.az portalının və Rəqəmsal Ticarət Qovşağının menecerləri də “VİSA İnternational” şirkəti ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında imzalanan Anlaşma Memorandumunda nəzərdə tutulan işlərin cari vəziyyəti barədə məlumat verib və Memorandumdan irəli gələn məsələlərin icrası istiqamətində növbəti hədəflər təyin olunub.
Həmçinin “VİSA İnternational” tərəfindən təqdim olunan “SRC - Secure Remote Commerce” tətbiqinin imkanlarından istifadə etməklə Azərbaycanda elektron ticarət və biometrik parametrlər üzrə ödəniş tapşırıqlarının təsdiqlənməsi kimi sahələrdə təhlükəsizliyinin təmin edilməsi istiqamətində qarşılıqlı əməkdaşlığın davam etdirilməsi barədə razılıq əldə edilib. “VİSA İnternational” bu il də Azərbaycanda keçiriləcək “Rəqəmsal Ticarət Qovşağı”nın üçüncü konfransında yaxından iştirak edəcəyini bildirib.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan və Böyük Britaniya: Strateji müttəfiqliyin yeni iqtisadi və siyasi üfüqləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Tikintiyə icazə sahəsində islahatlar biznes mühitinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına töhfə verir
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır
Təranə Salıfova
İİTKM-in icraçı direktorunun müşaviri
Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf