Vüsal Qasımlı UNDP missiyasını qəbul edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) “Ölkə proqramı üzrə müstəqil qiymətləndirmə” missiyasını qəbul edib.
V. Qasımlı görüş zamanı ölkədə aparılan uğurlu iqtisadi islahatlar, Strateji Yol Xəritələrinin monitorinq və qiymətləndirmə nəticələri, İİTKM-in monitorinq və qiymətləndirmə institutu olaraq həyata keçirdiyi fəaliyyətlər, eləcə də, Azexport.az, EnterpriseAzerbaijan.com, Rəqəmsal Ticarət Qovşağı, Azranking.az və Bir Pəncərə İxraca Dəstək Mərkəzi barədə ətraflı məlumat verib.
İcraçı direktor həmçinin Strateji Yol Xəritələrinin və müvafiq monitorinq və qiymətləndirmə çərçivəsinin hazırlanmasında UNDP tərəfindən təmin edilən ekspert dəstəyi və donor qurumları ilə koordinasiyada əməkdaşlığı yüksək qiymətləndirib. UNDP-nin qiymətləndirmə missiyasının rəhbəri Elinor Bajraktari və qiymətləndirmə mütəxəssisi Anna Querraggionun Azərbaycanda Dayanlqlı İnkişaf Məqsədlərinin həm strateji yol xəritələrinin və həm də digər dövlət proqramlarının hazırlanması, icrası və monitorinqində nəzərə alınması, UNDP-nin ölkədə strateji idarəetmə tədbirlərinə töhfəsi, idarəetmə islahatları barədə Azərbaycanın maraqlı təcrübəsi olduğunu bildiriblər.
Müzakirələr zamanı Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası, ASAN xidmətin fəaliyyəti, fiskal sahədə aparılan institusional və tənzimlə islahatları, Orta Müddətli Xərclər Çərçivəsi, Fiskal Qayda, Orta və Uzun Müddətli Dövlət Borcu Strategiyası və Nəticə-Əsaslı Büdcə İdarəçiliyi kimi sənədlərin qəbul edilməsi barədə məlumat verilib. Yeni iqtisadi inkişaf strategiyası, diversifikasiya, insan kapitalı və fiskal islahatlar kimi strateji sahələr gələcək əməkdaşlıq istiqamətləri kimi təklif edilib.
Sonda qonaqlara “Doing Business 2020”- ə həsr olunan islahat icmalı və “Strateji Yol Xəritələrinin Monitorinq və Qiymətləndirmə” nəticələrinə aid icmallar təqdim olunub.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib