Vüsal Qasımlı Qazaxıstanın “Magistral - ekspert forumu” verilişinin qonağı olub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, professor Vüsal Qasımlı Qazaxıstanda nüfuzlu beynəlxalq ekspertlərin müzakirə platforması olan “Magistral - ekspert forumu” verilişinin qonağı olub.
Verilişdə dünya logistikasının yeni konturları və geosiyasi qeyri-sabitlik şəraitində regionun inkişaf perspektivləri müzakirə olunub.
Dövlət orqanlarının və beynəlxalq təşkilatların nümayəndələri Avrasiyada mövcud geosiyasi proseslərin dünya ticarət arxitekturasına və nəqliyyat marşrutlarının yenidən bölüşdürülməsinə təsirini gündəliyə gətiriblər. Orta Dəhliz (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) və “Şimal–Cənub” marşrutlarının inkişafı, Aktau və Kurık limanlarının rolu, multimodal logistikanın perspektivləri, nəqliyyat sisteminin modernləşdirilməsi, tarif siyasətinin təkmilləşdirilməsi və sahənin rəqəmsallaşdırılması üzrə fikirlər səsləndirilib.
İİTKM-in icraçı direktoru Vüsal Qasımlı Azərbaycanda həyata keçirilən nəqliyyat-logistika layihələri barədə məlumat verərək Orta Dəhlizin və Qazaxıstanla birgə layihələrin, o cümlədən transxəzər daşımalarının və limanların koordinasiyasının strateji əhəmiyyətini qeyd edib. Xüsusi diqqət “yaşıl dəhliz” konsepsiyasına yönəldilib. Bildirilib ki, Orta Dəhlizin "yaşıl" və elektron dəhlizə çevrilməsi region ölkələri üçün yeni imkanlar açacaq.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib