Vüsal Qasımlı Parisdə Azərbaycanda aparılan iqtisadi islahatlardan danışıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Parisdə Avropa İttifaqı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OCED) və SİGMA-nın birgə təşkilatçılığı ilə keçirilən “Vətəndaşlar və biznes üçün daha yaxşı dövlət idarəçiliyi” adlı nazirlər konfransında iştirak edib. Konfrans zamanı İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı Azərbaycanda Prezident İlham Əliyev tərəfindən aparılan iqtisadi islahatlar, o cümlədən, struktur islahatları barədə çıxış edib. O qeyd edib ki, Azərbaycanda strateji idarəetmə, açıq hökümət və vətəndaş iştirakçılığı prinsiplərinə uyğun olaraq islahatların hazırlanması, icrası, monitorinq və qiymətləndirilməsi şəffaf və inklüziv həyata keçirilir. Buna görə də ölkədə aparılan iqtisadi islahatlar dönməz xarakter alıb və səmərəli nəticələr verib. Xüsusilə, idarəetmə islahatları zamanı vətəndaş iştirakçılığının təmin ediməsində “m-residency” geniş imkanlar açır. Vüsal Qasımlı həmçinin vurğulayıb ki, Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Avrasiya materikində elektron imzaların qarşılıqlı tanınması əsasında vahid rəqəmsal məkanın yaradılmasını təmin edir ki, bu da, xidmətlərin alınmasını asanlaşdırır və dövlət idarəçiliyini təkmilləşdirir. “Avropada ilk Rəqəmsal Ticarət Qovşağı yaradan Azərbaycan rəqəmsal xidmətlərin rolunu genişləndirməklə idarəetmə islahatları üçün nümunə ölkə kimi çıxış edir.”
V.Qasımlı idarəetmə islahatları çərçivəsində ASAN xidməti, Azexport portalını, mobil və elektron imza məsələlərinə toxunub.
Konfransın plenar iclaslarında çətin vaxtlarda dövlət administrasiyasının vətəndaşlar üçün transformasiya edilməsi, dövlət idarəçiliyinin uzunmüddətli iqtisadi inkişafa təsiri ilə bağlı müzakirələr aparılıb. Konfrans iştirakçıları eləcə də vətəndaşların idarəçilik islahatlarına cəlb edilməsi, eləcə də qanunun vətəndaşlar və biznes üçün vacib olma səbəbləri ilə bağlı sərbəst fikir mübadiləsi aparıblar.
Tədbirdə Kanada, Polşa, Albaniya, Gürcüstan, Ukrayna, Ermənistan, Moldova, Əlcəzair, Mərakeş, Tunis, Yunanıstan, Bosniya və Hersoqavina və digər ölkələr yüksək səviyyəli dövlət rəsmilər ilə təmsil olunur.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan və Böyük Britaniya: Strateji müttəfiqliyin yeni iqtisadi və siyasi üfüqləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Tikintiyə icazə sahəsində islahatlar biznes mühitinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına töhfə verir
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır
Təranə Salıfova
İİTKM-in icraçı direktorunun müşaviri
Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf