Vüsal Qasımlı Özbəkistanın beynəlxalq forumunda çıxış edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı "Özbəkistanda islahatların qiymətləndirilməsi: Beynəlxalq reytinqlər və indekslər" mövzusunda ikinci beynəlxalq onlayn forumda çıxış edib. Vüsal Qasımlı “Azərbaycanda iqtisadi islahatların idarəetmə modeli” mövzusunda təqdimatla çıxış edib. O qeyd edib ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadi siyasət sistemli şəkildə həyata keçirilir. İslahatların həyata keçirilməsi zamanı yeni strategiyalar, proqramlar, tədbirlər planları qəbul edilərkən strateji idarəetmə ilə çevik və adaptiv yanaşma əsas vəhdət kimi götürülür. Bunun üçün özəl sektorun drayver olduğu, innovativ, nəticələrindən bütün cəmiyyət üzvlərinin bəhrələndiyi inklüziv və dayanıqlı inkişaf təmin edilir. Bunun da nəticəsi olaraq Azərbaycan beynəlxalq reytinq agentlikləri tərəfindən yüksək qiymətləndirlir.
Qeyd edək ki, Forumda Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbaeva, Baş Nazirin birinci müavini Camşid Kuçkarov, BMT-nin Özbəkistanda daimi koordinatoru Helena Freyzer də daxil olmaqla xarici ölkələrin hökumətlərinin, beynəlxalq maliyyə təşkilatlarının, reytinq agentliklərinin, beynəlxalq investisiya banklarının, xarici ölkələrin Özbəkistandakı diplomatik missiyalarının, yerli nazirliklərin 40-dan çox nümayəndəsi iştirak edib.
Vüsal Qasımlının çıxışı ilə təqdim olunan link vasitəsi ilə tanış olmaq mümkündür: https://bit.ly/3qNJmW4









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib