11 dekabr 2020, 10:30

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı "Özbəkistanda islahatların qiymətləndirilməsi: Beynəlxalq reytinqlər və indekslər" mövzusunda ikinci beynəlxalq onlayn forumda çıxış edib.  Vüsal Qasımlı “Azərbaycanda iqtisadi islahatların idarəetmə modeli” mövzusunda təqdimatla çıxış edib. O qeyd edib ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadi siyasət sistemli şəkildə həyata keçirilir. İslahatların həyata keçirilməsi zamanı yeni strategiyalar, proqramlar, tədbirlər planları qəbul edilərkən strateji idarəetmə ilə çevik və adaptiv yanaşma əsas vəhdət kimi götürülür. Bunun üçün özəl sektorun drayver olduğu, innovativ, nəticələrindən bütün cəmiyyət üzvlərinin bəhrələndiyi inklüziv və dayanıqlı inkişaf təmin edilir. Bunun da nəticəsi olaraq Azərbaycan beynəlxalq reytinq agentlikləri tərəfindən yüksək qiymətləndirlir.

  Qeyd edək ki, Forumda Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbaeva, Baş Nazirin birinci müavini Camşid Kuçkarov, BMT-nin Özbəkistanda daimi koordinatoru Helena Freyzer  də daxil olmaqla  xarici ölkələrin hökumətlərinin, beynəlxalq maliyyə təşkilatlarının, reytinq agentliklərinin, beynəlxalq investisiya banklarının, xarici ölkələrin Özbəkistandakı diplomatik missiyalarının, yerli nazirliklərin 40-dan çox nümayəndəsi iştirak edib.

  Vüsal Qasımlının çıxışı ilə təqdim olunan link vasitəsi ilə tanış olmaq mümkündür: https://bit.ly/3qNJmW4


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az