Vüsal Qasımlı OECD nümayəndələrini qəbul edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Avrasiya İdarəsinin rəhbəri Uilyam Tompson və Şərqi Avropa və Cənubi Qafqaz şöbəsinin müdiri Danyel Kvadbeki qəbul edib.
V.Qasımlı Azərbaycanın iqtisadi islahatları və inkişaf prioritetləri üzrə qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb. Xüsusilə kiçik və orta müəssisələrin rəqabət qabiliyyətinin artırılması sahəsində beynəlxalq təcrübələrin tətbiqi, rəqəmsal transformasiya, vergi islahatları və korporativ idarəetmə sahələrində strateji əməkdaşlığın gücləndirilməsi müzakirə olunub.
Görüşdə həmçinin ölkənin iqtisadi diversifikasiya ilə bağlı qəbul etdiyi strateji sənədlər, o cümlədən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” və "Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində görülən işlər müzakirə olunub. Eyni zamanda, ölkəmizin rəqəmsal xidmətlər sahəsində əldə etdiyi irəliləyişlər, KOS-lərin xarici bazarlara inteqrasiyası və rəqəmsal şəbəkələrə qoşulmalarını təmin edən platformalar, xüsusilə İİTKM-in operatoru olduğu “Azexport” portalının fəaliyyəti barədə ətraflı məlumat verilib.
Uilyam Tompson isə Azərbaycanda dövlət müəssisələrinin korporativ idarə edilməsi, maliyyə sektorunun inkişafı, ticarət və nəqliyyat əlaqələrinə dair məsələləri ön plana çəkib. O, kiçik və orta müəssisələrin inkişafı, iqtisadi diversifikasiya, rəqəmsal transformasiya, KOB-lar üçün maliyyə alətləri, regional əlaqələr, infrastruktur layihələri və beynəlxalq əməkdaşlıq üzrə tədqiqatların Azərbaycan üçün əhəmiyyət kəsb etdiyini qeyd edib.
Görüşdə tərəflər arasında gələcək əməkdaşlıq istiqamətləri və konkret sahələr üzrə birgə fəaliyyətlərin təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.
Sonda İİTKM-in OECD ilə birgə tərəfdaşlıq çərçivəsində hazırlayıb nəşr etdirdiyi “Orta Dəhliz” kitabı qonaqlara təqdim edilib.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib