Vüsal Qasımlı OECD-nin nümayəndə heyətini qəbul edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Avrasiya Departamentinin rəhbəri Uilyam Tompsonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə İƏİT-in dəstəyi ilə hazırlanan “Azərbaycanda müəssisələrin rəqəmsallaşdırılmasının təşviqi” adlı tədqiqatın nəticələri və ölkədə bu sahədə həyata keçirilən siyasətdə İİTKM-in iştirakı müzakirə edilib.
Görüşdə Vusal Qasımlı, müəssisələrin rəqəmsallaşdırılması istiqamətində İİTKM-in operator olduğu http://enterpriseazerbaijan.gov.az/ portalı vasitəsilə tədqim olunan rəqəmsal xidmətlər və KOS-ların xarici bazarlara çıxışı, rəqəmsal şəbəkələrə inteqrasiyasının təmin edilməsi üzrə görülən işlər barədə ətraflı məlumat verib. Eyni zamanda, o, ölkədə biznes mühitinin yaxşılaşdırılması istiqamətində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın həyata keçirdiyi fəaliyyətlər, dövlət-özəl tərəfdaşlığı platforması, komissiyanın https://azranking.az/ portalının əhəmiyyətini qeyd edib. Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya ilə İƏİT arasında əməkdaşlıq məsələlərinə toxunuldu. İƏİT tərəfindən dövrü olaraq qiymətləndirilən KOS reytinqti sahəsində tədqiqatda İİTKM-in potensialından istifadə imkanları müzakirə edildi. V.Qasımlı eləcə də İƏİT-in müvafiq komitələrində Azərbaycanın iştirakının faydalarını vurğulayıb.
İƏİT-in Avrasiya Departamentinin rəhbəri Uilyam Tompson Azərbaycan üzrə qiymətləndirilməsi nəzərdə tutulan Kiçik Biznes Aktı reytinqi üzrə tətbiq olunacaq qiymətləndirmə metodologiyası, eləcə də İƏİT tərəfindən icra olunan Məhsul Bazarı İndikatoru (PMİ) qiymətləndirməsi barədə məlumat verib. O, İƏİT-in Azərbaycanda vergi islahatları, korporativ idarəetmə standartlarının tətbiqi və nəzarət zərfi dövlətə məxsus müəssisələrin özəlləşdirilməsi praktikaları və biznes mühitinin yaxşılaşdırıması istiqamətində əməkdaşlıqda maraqlı olduqlarını bildirib. Görüşdə gələcəkdə planlaşdırılan tədbirlər barədə fikir mübadiləsi aparılıb.
Sonda qonaqlara İİTKM-in fəaliyyətinə dair icmallar təqdim edilib.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib