Vüsal Qasımlı Niderland Krallığının nümayəndə heyətini qəbul edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Niderland Krallığının Şərqi Avropa üzrə rəhbəri Karolayn Ramaekers, Niderland Xarici İşlər Nazirliyinin baş məsləhətçisi Rebel Reyper, Niderland Krallığının Azərbaycan Respublikasındakı səfiri Marianna de Yonq, səfirin müavini Yohannes Kirpestein və səfirliyin baş məsləhətçisi Şəhla Balakişiyevadan ibarət nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycanın sosial-iqtisadi inkişaf gündəliyi, xüsusilə yaşıl enerji və iqlim dayanıqlığı, rəqəmsal transformasiya, Orta dəhliz, tranzit daşımaları, ixrac potensialının genişləndirilməsi və dövlət–özəl sektor tərəfdaşlığı istiqamətlərində məsələlər müzakirə olunub.
Həmçinin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” və “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində həyata keçirilən fəaliyyətlər barədə qonaqlara məlumat verilib.
Niderland tərəfi aqroinnovasiya, su ehtiyatlarının idarə edilməsi, davamlı ərzaq sistemləri, dairəvi iqtisadiyyat və bərpa olunan enerji sahələrində ikitərəfli təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb. Eyni zamanda, regional və qlobal dəyər zəncirlərinə inteqrasiya, logistika dəhlizləri və innovasiya maliyyələşmə alətləri üzrə birgə tədqiqat və təşəbbüslərin inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib.
Görüşün sonunda qonaqlara İİTKM və OECD tərəfdaşlığı çərçivəsində hazırlanan “Orta Dəhliz” kitabı təqdim edilib.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib