Vüsal Qasımlı Macarıstanın Pannonia Universitetinin rektoru ilə görüşüb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, professor Vüsal Qasımlı Macarıstanın Pannonia Universitetinin rektoru, professor Janos Abonyinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Vüsal Qasımlı İİTKM-in fəaliyyəti barədə qonaqlara ətraflı məlumat verərək bildirib ki, Mərkəz hazırda 25 strateji sənədin icrasının monitorinq və qiymətləndirilməsini həyata keçirir, layihə idarəetmə modulunu tətbiq edir və ölkədə proqram idarəetməsinin təkmilləşdirilməsinə töhfə verir. Azərbaycanda dövlət proqramlarının monitorinq və qiymətləndirməsi rəqəmsal platformalar vasitəsilə həyata keçirilir və bu prosesdə coğrafi informasiya texnologiyaları, video-müşahidə sistemləri və süni intellekt imkanları tətbiq olunur. Nəticədə qərarvermə data məlumatlarına əsaslanır, proqram idarəetməsi isə daha şəffaf və nəticəyönümlü olur. O qeyd edib ki, Azərbaycanda monitorinq mexanizmlərinin rəqəmsallaşdırılması dövlət proqramlarının icrasına operativ nəzarət imkanlarını əhəmiyyətli dərəcədə gücləndirib. Eyni zamanda İİTKM-də aparılan tədqiqatların nəticələrinə uyğun olaraq kitablar və elmi nəşrlər hazırlanır. Vüsal Qasımlı macarıstanlı həmkarların iştirakı ilə nəşr olunan “Türk dövlətləri iqtisadiyyatı” və “Orta Dəhliz: cari reallıqların təhlili və perspektivlərin dəyərləndirilməsi” kitablarının əhəmiyyətini qeyd edib.
İİTKM-in icraçı direktoru Azərbaycan ilə Macarıstan arasında strateji əməkdaşlığın qurulduğunu, son illər isə Türk Dövlətləri Təşkilatı çərçivəsində münasibətlərin daha da dərinləşdiyini vurğulayaraq İİTKM-in Pannonia Universiteti ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib.
Pannonia Universitetinin rektoru professor Janos Abonyi rəhbərlik etdiyi ali təhsil müəssisəsi barədə məlumat verərək bir sıra istiqamətlər üzrə əməkdaşlıq imkanları olduğunu deyib. O, birgə tədqiqatların aparılması və kitabların nəşri, eləcə də Azərbaycan təcrübəsinin öyrənilməsi məqsədilə universitetin doktorantlarının İİTKM-də təcrübə keçməsi imkanlarını xüsusi vurğulayıb. Rektor Azərbaycanın monitorinq və qiymətləndirmə sahəsində əldə etdiyi nailiyyətlərin diqqətəlayiq olduğunu bildirərək bu istiqamətin öyrənilməsinin maraqlı olacağını qeyd edib.
Qonaqlar professor Vüsal Qasımlının Pannonia Universitetində magistr və doktorantlar üçün ictimai mühazirə ilə çıxış etməsinin əməkdaşlığın inkişafına töhfə verəcəyini bildiriblər.
Görüşdə həmçinin İİTKM-in icraçı direktorunun müavini Ramil Hüseyn və İqtisadi təhlil şöbəsinin müdir müavini Rəşad Nəcəfli, Macarıstan tərəfdən isə Pannonia Universiteti Fondunun Müşahidə Şurasının prezidenti Zoltan Birkner, “MVM Azerbaijan” şirkətinin icraçı direktoru József Goldfárth və Macarıstan səfirliyinin diplomatı İştván Racz iştirak ediblər.








Ekspert yazıları
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Orta Dəhlizin strateji əhəmiyyəti: Trans-Xəzər marşrutu üzrə investisiya artımı və Azərbaycanın regional rolu