Vüsal Qasımlı Koreya səfirini qəbul edib
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı Cənubi Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Kim Tonq Opu qəbul edib. Vüsal Qasımlı bildirib ki, Azərbaycan və Cənubi Koreya iqtisadi inkişaf modellərinin müqayisəsi, təcrübə və fikir mübadiləsi əhəmiyyətlidir. Görüşdə xüsusilə 4-cü sənaye inqilabı şəraitində Azərbaycan və Cənubi Koreya arasında innovativ inkişaf, insan kapitalı, idarəetmə, biznes həlləri, ticarət əlaqələri və sərmayə qoyuluşu kimi məsələlər müzakirə olunmuşdur. Qərara alınmışdır ki, Bakıda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Koreya İnkişaf İnstitutu birlikdə "Problemli kreditlərin həlli: Azərbaycan və Koreya təcrübələri" mövzusunda beynəlxalq konfrans keçirsin. Səfir Kim Tonq Opa İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin layihələri - Azexport.az, EnterpriseAzerbaijan.com, Rəqəmsal Ticarət Qovşağı, Azranking.az və Bir Pəncərə İxraca Dəstək Mərkəzi barədə məlumat verilib.
Sonda səfir Kim Tonq Opa “Doing Business 2020” islahatlarına həsr olunan islahat icmalı təqdim olunub.









Ekspert yazıları
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Kraudfandinq: Azərbaycanda startapların maliyyələşməsində yeni perspektivlər
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Məşğulluq üzrə yeni Tədbirlər Planı: rəqəmsallaşma və nəticəyönümlü idarəetmə
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar