Vüsal Qasımlı İslam Maliyyə Forumunun açılışında çıxış edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, i.e.d., prof. Vüsal Qasımlı Bakıda keçirilən "İslam Maliyyə Forumu 2025" tədbirinin açılış mərasimində çıxış edib.
Forum “İqtisadi Resursların Öyrənilməsi” İB-nin təşəbbüsü, UNEC-in dəstəyi, İİTKM-in, Azərbaycan Respublikası Mərkəzi Bankının, AR Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), AR Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, Türkiyə Katılım Bankalar Birliyinin (TKBB), AR Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK), Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) birgə tərəfdaşlığı ilə baş tutub.
Vüsal Qasımlı çıxışında Azərbaycanda islam maliyyəsinin inkişaf etdirilməsi ilə bağlı əsas istiqamətləri vurğulayıb. Onun sözlərinə görə, bu sahə üzrə kadr hazırlığı, institutsional inkişaf, qanunverciliyin təkmilləşdirilməsi, dünyada aparıcı islam maliyyə qurumları ilə əməkdaşlığın gücləndirilməsi və islam maliyyə kanalları vasitəsilə sərmayə cəlbi, xüsusən də post-konflikt quruculuğunda islam maliyyə imkanlarından istifadə aktual müzakirə mövzularıdır.
İİTKM-in icraçı direktoru bildirib ki, qlobal biznes trendlərinə cavab verən islam maliyyəsi pulun islam prinsipləri əsasında idarəedilməsidir. İslam maliyyəsi iqtisadiyyatın klassik müşküllərindən biri - ədalət, səmərəlilik və azadlıq arasında çözümün yolunu göstərən həllərdəndir. İslam maliyyə sektoru Cənub-Cənub, Şimal-Cənub və Üçbucaq əməkdaşlıq formatları daxilində qlobal trendlərə adaptasiya olunur və resursların, bilik və təcrübənin ədalətli bölgüsünü təşviq edir. İslam maliyyəsi BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə həmahənglik təşkil etməklə, ESG (ətraf mühit, sosial və idarəetmə) çərçivəsində sosial məsuliyyəti təlqin edir, yaşıl və davamlı məhsullara, xüsusilə də yaşıl sukuka marağı artırır. İqlim dəyişikliyinin gətirdiyi maddi riskləri nəzərə alaraq islam maliyyə sektoru iqlim liderliyi, strateji iqlim idarəçiliyi, iqlimlə bağlı əməliyyat inteqrasiyası, performansın ölçülməsi və hesabatlılıq, iqlim davamlılığı üzrə əməkdaşlıq və mübadilə kimi prinsiplərə söykənir.
Forumun plenar hissəsində “Azərbaycanda islam maliyyəsinin müasir çağırışları”, “İslam sərmayəsinin inkişafının əsas istiqamətləri: Qlobal çağırışlar və Azərbaycan üçün yeni imkanlar”, “İslam bankçılığında xarici təcrübə”, “İslam ölkələrinin iqtisadi resursları”, Qаrаbağ və Şərqi Zəngəzurun dirçəldilməsinə “yaşıl sərmayə”nin cəlbi”, “İslam ölkələrindən Azərbaycana investisiya cəlbi: KOB-lar üçün yeni imkanlar” və “İslam ölkələrinin bərpa olunan enerji resursları” mövzularında panel sessiyaları keçirilib.
İİTKM-in şöbə müdirləri Aqil Əsədov və Vüsalə Cəfərova sessiyalarda moderator və spiker qismində çıxış ediblər.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib