Vüsal Qasımlı “İş Dünyamız” jurnalına müsahibə verib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı Türkiyə - Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) nəşri olan “İş Dünyamız” jurnalına müsahibə verib.
“İqtisadi inkişaf intellektual potensiala bağlıdır” başlıqlı müsahibədə Vüsal Qasımlı Azərbaycanda həyata keçirilən iqtisadi islahatların analitik əsasları, dövlət proqramlarının monitorinq və qiymətləndirilməsi mexanizmləri və iqtisadi inkişafın yeni çağırışları barədə fikirlərini bölüşüb.
Müsahibədə qeyd olunur ki, İİTKM ölkənin dayanıqlı iqtisadi inkişafına dəstək məqsədilə makro və mikroiqtisadi təhlillər aparır, analitik məlumatlara əsaslanan tövsiyələr hazırlayır və orta və uzunmüddətli inkişaf proqnozları təqdim edir. Mərkəz dövlət proqramlarının icrasının monitorinqi və qiymətləndirilməsini həyata keçirərək qərar qəbuletmə prosesinin effektivliyinə töhfə verir.
Professor bildirib ki, iqtisadi inkişafın əsas hərəkətverici qüvvələrindən biri insan kapitalı və intellektual potensialın gücləndirilməsidir. Bu istiqamətdə innovasiya, rəqəmsallaşma, data əsaslı idarəetmə və analitik yanaşmaların tətbiqi müasir iqtisadi siyasətin əsas elementləri kimi qiymətləndirilir.
“İş Dünyamız” jurnalı biznes ictimaiyyəti, iqtisadçılar, investorlar və dövlət qurumlarının nümayəndələri üçün aktual iqtisadi mövzular üzrə məlumat və analitik baxış təqdim etməklə yanaşı, Azərbaycan - Türkiyə iqtisadi əlaqələrinin gələcək inkişaf perspektivlərini də işıqlandırır. Jurnalda iki ölkə arasında investisiya əməkdaşlığı, biznes əlaqələrinin genişləndirilməsi və regional iqtisadi inteqrasiyanın gücləndirilməsi məsələləri xüsusi diqqət mərkəzində saxlanılır.
Müsahibəni oxumaq üçün link: https://shorturl.az/LfMuH









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib