Vüsal Qasımlı “GS1 Azerbaijan” şirkətinin nümayəndələri ilə görüşüb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Prof. Dr. Vüsal Qasımlı "Qlobal Standart 1 Beynəlxalq Sisteminin Təbliği" İctimai Birliyinin (“GS1 Azerbaijan”) idarə heyətinin sədri Vəfa Əliyev, şirkətin icraçı direktoru Səbinə Əliyeva, Əmtəə Nömrələmə Depozitariyası müdiri Gülanə Rəsulovanı qəbul edib.Görüşdə dünya təcrübəsində yerli və idxal olunan məhsullara tətbiq edilən Əmtəənin Qlobal İdentifikasiya Nömrəsinin (GTIN) üstünlükləri, bu sistemin tətbiqi ilə formalaşan böyük məlumat bazalarının imkanları, iqtisadi proseslərin, o cümlədən inflyasiyanın izlənməsində əhəmiyyəti və yerli qanunvericilikdə tətbiqi məsələləri müzakirə olunub.
“GS1 Azerbaijan” nümayəndələri ilə GTIN nömrələrindən istifadə etməklə BIGDATE (böyük məlumat bazası) yaradılması və bu bazadan iqtisadi proseslərin, o cümlədən inflyasiyanın izlənməsində istifadə, "Made in Azerbaijan" brendinin təşviqi və yerli istehsalçılara dəstək üçün xidmətlərin yaradılması, ticarət şəbəkələrinin avtomatlaşdırılmış sistemlərində yerli malların ştrix-kod məlumat bazasından istifadə məsələsi, Azərbaycan bazarında (həm yerli, həm idxal) məhsulların izlənməsi üçün milli kataloqunun yaradılması müzakirə edilib.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib