Vüsal Qasımlı ESRİ-nin rəhbər şəxsləri ilə görüşüb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı ABŞ-ın Ətraf Mühit Sistemləri Tədqiqat İnstitutunun (ESRİ - Environmental Systems Research Institute) beynəlxalq strategiyalar üzrə direktoru Sohail Elabd və qurumun qrup rəhbəri Əhməd Avadi ilə görüşüb.
V.Qasımlı İİTKM-in fəaliyyəti və həyata keçirdiyi layihələr barədə qonaqlara məlumat verib. Görüşdə, həmçinin ESRİ-nin əsas fəaliyyət istiqaməti olan coğrafi informasiya sistemlərinin (CİS) sənayedə və iqtisadiyyatın digər sahələrində tətbiqi imkanları müzakirə edilib. İqtisadi təhlil, ssenari modelləşdirmə və uzunmüddətli proqnozlaşdırma üçün CİS-dən faydalanma yolları; iqtisadi tendensiyaları və regional fərqlilikləri daha dərindən başa düşmək üçün iqtisadi məlumatları məkan məlumatı ilə inteqrasiya etmək məqsədilə CİS-dən istifadənin üstünlükləri ətrafında fikir mübadiləsi aparılıb. Qurumlar arasında gələcək əməkdaşlıq məsələləri də diqqət mərkəzində olub.
Görüş zamanı İİTKM tərəfindən həyata keçirilən layihələrin önəmi xüsusi olaraq vurğulanıb. Qeyd edilib ki, hazırda türk dünyasının geoiqtisadi interaktiv xəritəsinin hazırlanması üzərində işlər davam etdirilir.
Görüşdə İİTKM-in icraçı direktorunun müavini Rəşad Hüseynov, icraçı direktorun müşaviri Ayaz Müseyibov, Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri Ayhan Satıcı, Monitorinq və qiymətləndirmə şöbəsinin baş məsləhətçisi Coşqun Cəfərov, həmçinin ESRİ-nin Azərbaycandakı tərəfdaşı “Caucasus Geo Survey” şirkətinin təsisçisi və rəhbəri Rauf Amanov da iştirak edib.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib