Vüsal Qasımlı diplomatik korpus nümayəndələrinə strateji yol xəritələri barədə təqdimat edib
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı Birləşmiş Millətlər Təşkilatının Azərbaycan ofisində ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatların və səfirliklərin nümayənədləri ilə görüşüb.
Tədbirdə V.Qasımlı Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyilə uğurla icra olunan strateji yol xəritələri barədə təqdimat edib. İcraçı direktor bildirib ki, strateji yol xəritələrinin monitorinq və qiymətləndirmə nəticələrinin inkişaf partnyorları ilə birgə müzakirə olunması yaxşı idarəetmə və açıq hökümət prinsiplərinə uyğundur: “İİTKM bu yolla həm də donor koordinasiyasının həyata keçirilməsinə tövhə verir. İnkişaf partnyorlarının ölkədə həyata keçirilən islahatlarla yaxından tanış olması texniki dəstək, bacarıqların artırılması, maliyyələşmə və digər məsələlərdə koordinasiyanın güclənməsinə zəmin yaradır. Beləliklə, beynəlxalq təşkilatlarla Azərbaycan hökümət arasında əməkdaşlığın səmərəliliyi artır, daha az resursla daha yüksək nəticələr əldə etmək mümkün olur. Eyni zamanda islahatların dizaynı, həyata keçirilməsi, monitorinqi, qiymətləndirilməsi və kommunikasiyasında qabaqcıl beynəlxalq təcrübənin tətbiq edilməsi üçün də hökümət qurumları və inkişaf partnyorları arasında əməkdaşlığın əhəmiyyəti böyükdür. Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaratdığı Azranking.az portalı dövlətlə beynəlxalq təşkilatlar arasında dialoqu daha da irəli aparıb.”
Tədbirin sonunda təqdimat ətrafında müzakirələr olub və Vüsal Qasımlı beynəlxalq təşkilatların və səfirliklərin nümayəndələrinin suallarına cavab verib.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib