Vüsal Qasımlı beynəlxalq donor və inkişaf qurumlarının rəhbərləri ilə görüşüb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Azərbaycanda fəaliyyət göstərən beynəlxalq donor və inkişaf qurumlarının rəhbərləri ilə görüşüb. Görüşün əsas məqsədi Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin 2017-ci il üzrə nəzərdə tutulan hissəsinin monitorinq və qiymətləndirmə nəticələrini təqdim etmək olub. Müzakirə zamanı strateji yol xəritələrində müəyyən edilmiş strateji hədəflərin yerinə yetirilməsi statusu haqqında Azərbaycanda donor və inkişaf təşkilatlarına məlumatlar verilib və həyata keçirilən islahatlar barədə məlumatlılıq təmin olunub.
İİTKM-in icraçı direktoru Vüsal Qasımlı illik hesabatın monitorinq və qiymətləndirmə nəticələrini təqdim edərək bildirib ki, strateji yol xəritələrinin icrasına beynəlxalq ictimaiyyətin diqqəti təqdirəlayiqdir: “Bu bir daha göstərir ki, ölkədə aparılan iqtisadi islahatlar açıq hökümət, şəffaflıq və hesabatlılıq prinsiplərinə tam uyğundur. Beynəlxalq təşkilatlar strateji yol xəritələrinin icrasında texniki dəstək, bacarıqların inkişafı və araşdırmalara kömək etməklə yanaşı, həm də sərmayə qoyuluşunda maraqlıdırlar. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi strateji yol xəritələrini elə bir dialoq platforması kimi təqdim edir ki, bu müstəvidə hökümət qurumları və donor ictimaiyyəti müzakirələr aparır. Beləliklə, strateji yol xəritələrinin icrasında səmərəliliyin daha da artırılması imkanları yaranır. İİTKM-in monitorinq və qiymətləndirmə üzrə institutsional inkişafında beynəlxalq təşkilatlarla əməkdaşlıq mühüm rol oynayır. Xüsusən də monitorinq və qiymətləndirmə metodologiyasının inkişaf etdirilməsində beynəlxalq təcrübənin öyrənilməsi əhəmiyyətlidir.”
V.Qasımlının təqdimatının ardınca, beynəlxalq donor və inkişaf qurumlarının rəhbərləri ilə hesabatın nəticələrinə dair fikir mübadiləsi aparılıb. İcraçı direktor iştirakçıların suallarını cavablandırıb. Qeyd edək ki, müzakirələrdə BMT-nin İnkişaf Proqramı, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi, Dünya Bankı, Avropa İttifaqı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi, Beynəlxalq Maliyyə Korporasiyası və 20-ə yaxın xarici ölkənin Azərbaycandakı səfirliklərinin nümayəndələri iştirak edib. Müzakirə donor qurumların koordinasiya mandatına malik olan BMT-nin İnkişaf Proqramının həmsədrliyi ilə keçirilib.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan və Böyük Britaniya: Strateji müttəfiqliyin yeni iqtisadi və siyasi üfüqləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Tikintiyə icazə sahəsində islahatlar biznes mühitinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına töhfə verir
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır
Təranə Salıfova
İİTKM-in icraçı direktorunun müşaviri
Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf