Vüsal Qasımlı Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndələri ilə görüşüb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) nümayəndə heyəti ilə onlayn görüş keçirib.
AYİB-in Rəqabətqabiliyyətli idarəetmə və siyasi məsələlər üzrə baş müşaviri Kristin Heydon, beynəlxalq təşkilatın məsləhətçilər Lizaveta Traxalina və Nikola Liparinin də iştirak etdiyi görüş zamanı İİTKM-in icraçı direktoru Vüsal Qasımlı Azərbaycanda biznes və investitiya mühitinin yaxşılaşdırılması istiqamətində görülən işlər, əldə olunan nəaliyyətlər və islahatlar barədə məlumatlar verib. Eyni zamanda bu istiqamətdə növbəti 5 illik dövr üçün ölkənin inkişaf strategiyasında qəbul etdiyi hədəf indikatorları və icrasını təmin edən praktiki yanaşmaları qeyd edib.
Görüşdə Avropa İttifaqı və Avropa Yenidənqurma və İnkişaf Bankının birgə layihəsi olan “Ölkə üzrə investisiya mühitinin icmalı və fəaliyyət planları” sənədi müzakirə olunub. Hazırda Azərbaycan hökuməti ilə növbəti məsləhətləşmələr raundunda olan sənədin məqsədi biznes mühitinin təkmilləşdirilməsi üçün həyata keçirilə bilən islahatlar və potensial texniki yardım fəaliyyətləri üçün prioritet sahələrin müəyyən edilməsi olub.
İİTKM-in departament rəhbərləri Rəşad Hüseynov və Vüsalə Cəfərovanın da iştirak etdiyi onlayn görüşdə Vüsal Qasımlı beynəlxalq mütəxəssislərin suallarını da cavablandırıb.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib